main-post-cover

    Android 13-də istifadəyə veriləcək 2 yeni funksiya məlum olub

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    13.09.2022
    Farid Pardashunas
        Avqust ayının sonunda Google şirkəti Pixel smartfonları üçün Android 13 əməliyyat sistemini istifadəyə vermişdi. Yerdə qalan smartfon brendləri üçün isə bu əməliyyat sistemi yaxın zamanda istifadəyə verilməlidir. XDA-Developers saytının mütəxəssisi öz növbəsində Android 13-də istifadəyə veriləcək 2 yeni funksiya barəsində məlumat verib. Məlumata əsasən istifadəyə veriləcək funksiyalardan biri smartfonların batareyaları, digəri isə səsli zənglərin keyfiyyətləri ilə bağlı olacaq.
        Təqdim edilmiş screenshot foto Pixel cihazları üçün bir neçə müddət bundan öncə istifadəyə verilmiş Android 13 QPR1 adlı beta versiyadan əldə edilib. Beləliklə screenshot fotodan da görmək olar ki, yeni əməliyyat sisteminin ayarlarına Battery Health adlı bölmə əlavə olunacaq. Battery Health bölməsi 4 zolaqdan ibarət dairəvi şkalanı özündə birləşdirəcək. Şkalanın aşağı hissəsində isə smartfondakı batareyanın vəziyyəti ilə bağlı məlumat əks olunacaq. Gözləntilərə əsasən Android 13-də olacaq bu cür yeni imkan sayəsində istifadəçilər öz cihazlarındakı batareyaların hansı vəziyyətdə olduqlarını qiymətləndirə və onların əvəz edilməyə ehtiyac duyub-duymadıqlarını zamanında bilə biləcəklər.
        Android 13-də istifadəyə veriləcək daha bir yeni funksiya Clear Calling adını əldə edəcək. Sözügedən funksiya telefon danışıqları zamanı həmsöhbət olan şəxs üçün fon küyünün aşağı salınmasına şərait yaradacaq. Məlumatda qeyd edilib ki, bu özəllik yalnız mobil şəbəkə üzərindən edilmiş zəngləri əhatə edəcək. Bu yeni funksiyaların Android 13 vasitəsilə çalışacaq bütün smartfonlarda olub-olmayacaqları bilinmir. Sözügedən funksiyaların eksklüziv olaraq yalnız Pixel smartfonlarında istifadəyə veriləcəyi də istisna deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər