main-post-cover

    Android 12 interfeysinin ilk fotoları sızdırılıb

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    09.02.2021
    Emil Nəcəfov
        Google tərəfindən rəsmi anonsu gözləmədən insayderlər artıq Android 12 əməliyyat sisteminin screenshotlarını əldə ediblər. Belə ki, XDA-Developers saytında Google daxilində keçirilmiş brifinq barəsində sənədlərdən fotolar sızdırılıb. Bununla yanaşı yeni əməliyyat sistemini ilk əldə edəcək smartfonların güman olunan siyahısı ortaya çıxıb. Beləliklə ortaya çıxmış fotolara əsasən Android 12 bildirişlər üçün olan panelin yenilənmiş dizaynını əldə edəcək. Belə ki, həmin panel əvvəlki kimi şəffaf olmayacaq.
        Bundan əlavə olaraq bişdirişlər panelinin rəngi smartfon ekranına yerləşdirilmiş temanın rəngindən asılı olaraq dəyişə bilər. Bu cür effekt artıq uzun zamandır ki, Windows 10 istifadəçilərinə məlumdur. Həmçinin interfeysin bütün elementləri daha böyük radiuslu dairəvi forma əldə ediblər. Məlumata əsasən bildirişlər menyusunda ikonların sayı azalacaq. Bunun sayəsində mövcud olan ikonların ölçüləri bir qədər böyüyəcək. Tarix ilə saatın yerləri dəyişdiriləcək. Ekranın yuxarı sağ hissəsində isə yeni konfidensiallıq indikatorları yerləşdiriləcək.
        Android 12-nin əsas özəlliklərindən biri də bu və ya digər tətbiqin kamera və ya mikrofonu işə salması barədə istifadəçiyə xəbər verilməsi olacaq. Bildirişə klik edərək hansı tətbiqin bu resursları işə salmasını öyrənmək mümkün olacaq. İnsayderlər xəbər veriblər ki, Google Android 12-də bütün konfidensiallıq ayarlarını ayrıca menyuda birləşdirəcək. Əməliyyat sisteminin imkanlarını genişləndirəcək əlavə funksiyaların inteqrasiya ediləcəyi gözlənilir. Android 12-nin beta versiyasını əldə edəcək ilk smartfonlara gəldikdə isə Pixel 3-dən başlayaraq bütün Google smartfonlarının siyahıda olacağı gözlənilir. Beta versiyanın həmçinin Motorola Edge, Edge+, Nokia 5.4, Galaxy S21 5G, Xiaomi Mi 11, Poco F2, OnePlus 9OnePlus 9 Pro smartfonlarında da işə salınacağı istisna deyil. 
    Linki kopyala