Android 12-də tətbiqlərin klonlaşdırılması funksiyası istifadəyə veriləcək

Android 12-də tətbiqlərin klonlaşdırılması funksiyası istifadəyə veriləcək

Əməliyyat sistemləri
21.10.2021 PAYLAŞIM

    XDA-Developers saytının keçmiş redaktoru Mishaal Rahman Android 12 üçün nəzərdə tutulmuş dokumentasiyada mobil əməliyyat sistemində reallaşdırılacaq yeni faydalı funksiyanı aşkar edib. Yeni funksiya vasitəsilə istifadəçilər fərdi şəkildə login və şifrə daxil etmədən tətbiqlərdəki istifadəçi hesabları arasında keçidi reallaşdıra biləcəklər. Söhbət, tətbiqlərin klonlaşdırılması funksiyasından gedir. Bu funksiya Android üçün olan bəzi kənar istifadəçi interfeyslərində artıq reallaşdırılıb. Tərtibatçılar üçün nəzərdə tutulmuş dokumentasiyada Google şirkəti bir tətbiqin 3 klonunun işə salınması imkanını təsvir edib.


    Bu cür funksiya öz növbəsində bir tətbiqdə olan fərqli istifadəçi hesabları arasında sürətli keçidi reallaşdırmağa imkan verəcək. Nəticədə əsas istifadəçi hesabına giriş məlumatlarının itirilməsi və onların yenidən daxil edilməsi halları aradan qalxacaq. Şirkət tətbiqlərin klonlaşdırılması funksiyasının nə zaman istifadəyə veriləcəyi barəsində məlumat təqdim etməyib. Sözügedən funksiyanın birbaşa Android 12-yə inteqrasiya ediləcəyi və ya istifadəçidən əlavə əməliyyatların tələb olunub-olunmayacağı da məlum deyil. İnsayderlərin məlumatlarına əsasən hal hazırda bu funksiya lazımi səviyyədə stabil çalışmır. Buna görə də Google onu Android 12-yə inteqrasiya etməkdə tələsmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


HarmonyOS 2.0 əməliyyat sisteminin qlobal versiyasının nə zaman istifadəyə veril..

Huawei şirkəti özünün HarmonyOS 2.0 əməliyyat sisteminin qlobal bazarda istifadəyə verilməsinə hazır..


Bütün dünyada istifadə olunan ən məşhur Android versiyasının adı məlum olub..

Android Studio-nun məlumatlar bazasında Android əməliyyat sisteminin müxtəlif versiyalarının məşhurl..


Əfsanəvi Winamp playeri yeni dizaynda geri qayıdır

2000-ci illərin əvvəllərində kompüterlərdə çox məşhur olmuş Winamp playeri geridönüşə hazırlaşır...


Google Chrome-un Android versiyası daha sürətlə çalışır və daha az RAM yaddaşınd..

Google bildirib ki, bəzi optimizasiya prosesləri sayəsində Chrome brauzerinin Android versiyası RAM ..


Apple istifadəçiləri ölümdən öncə yeni funksiya vasitəsilə məlumatlarını yaxınla..

Apple şirkəti bir neçə müddət bundan öncə iOS 15.2 əməliyyat sisteminin hamı üçün nəzərdə tutulmuş b..


Microsoft təhsil sahəsi üçün nəzərdə tutulmuş Windows 11 SE-ni təqdim edib..

Microsoft şirkəti Windows 11-in tələbələr və məktəblilər üçün nəzərdə tutulmuş xüsusi versiyasını tə..

×