Intel prosessorlu köhnə Apple kompüterləri macOS Sonoma-nın bəzi imkanları dəstəkləməyəcək

Intel prosessorlu köhnə Apple kompüterləri macOS Sonoma-nın bəzi imkanları dəstəkləməyəcək

Əməliyyat sistemləri
07.06.2023 PAYLAŞIM

    Apple şirkətinin bütün yeni kompüterləri Apple M seriyasına daxil olan prosessorlar ilə təchiz olunurlar və şirkət hər dəfə bu prosessorların üstünlüklərini diqqətə yetirir. Bu istiqamətdə şirkət hətta qeyri-standart üsullardan da istifadə edir. Belə ki, verilmiş məlumata əsasən Apple şirkətinin Intel prosessorları əsasında çalışan köhnə kompüterləri yeni macOS Sonoma əməliyyat sisteminin müəyyən imkanlarından məhrum olacaqlar.

    Məlumata əsasən bunun əsas səbəbi köhnə Apple kompüterlərinin köməkçi süni zəka prosessoruna sahib olmamalarıdır. Məsələn bu cür prosessor macOS Sonoma-da olan Presenter Overlay adlı funksiyanın çalışması üçün lazımdır. Qeyd etmək lazımdır ki, sözügedən funksiya video konfranslar çərçivəsində istifadə ediləcək və istifadəçiyə video konfrans zamanı arxa fonda müəyyən kontentləri əks etdirməyə imkan verəcək.


    Bununla yanaşı köhnə Apple kompüterlərində Siri səsli köməkçisini “Siri” səsli əmri ilə işə salmaq mümkün olmayacaq. Həmin kompüterlərin istifadəçiləri Siri-ni işə salmaq istəyən zaman “Hey Siri” səsli əmrindən istifadə etməli olacaqlar. MacOS Sonoma-da təqdim edilmiş Game Mode adlı oyun rejimini də yalnız Apple M seriyalı prosessorlara sahib kompüterlərdə işə salmaq mümkün olacaq. Qeyd etmək lazımdır ki, macOS Sonoma-nın stabil versiyası bu ilin payız fəslində istifadəyə verilməlidir.



DAHA ÇOX


Xiaomi 6 smartfonu üçün yeni MIUI versiyalarının hazırlanmasını dayandırıb..

Xiaomi şirkəti 6 ədəd smartfon modeli üçün MIUI-nin yeni versiyalarının hazırlanmasını dayandırdığın..


Windows 11 üçün yaxın zamanda hansı yeniliklər istifadəyə veriləcək?

Microsoft şirkəti 26 sentyabr tarixində Windows 11 üçün növbəti böyük yenilənməni istifadəyə verəcək..


OneUI 6-nın ilk beta versiyası Galaxy S22 smartfonları üçün istifadəyə verilib..

Biraz əvvəl məlum oldu ki, Samsung şirkəti özünün OneUI 6.0 istifadəçi interfeysinin ilk beta versiy..


Galaxy S21 smartfonları üçün OneUI 6-nın ilk beta versiyası istifadəyə verilib..

Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin testlərini aparmağa davam edir...


WatchOS 10-un stabil versiyası istifadəyə verilib

Apple daha bir əməliyyat sisteminin stabil versiyasını istifadəyə verib.


iPadOS 17-nin stabil versiyası istifadəyə verilib

iOS 17-nin stabil versiyası ilə yanaşı Apple şirkəti həmçinin iPadOS 17 əməliyyat sisteminin də stab..

×