main-post-cover

    22H2 yenilənməsindən sonra Windows 11-də faylların yüklənmə və kopyalanma sürətləri aşağı düşüb

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    05.10.2022
    Farid Pardashunas
        Windows 11 üçün bir neçə müddət bundan öncə istifadəyə verilmiş 22H2 adlı yenilənmə istifadəçiləri tamamilə yeni funksiyalar ilə təmin etməklə yanaşı həmçinin onlara bəzi problemlər də yaşada bilər. Microsoft təmsilçisi bildirib ki, 22H2 yenilənməsini əldə edəndən sonra Windows 11-də falların digər kompüterdən uzaqdan yüklənməsi və hətta lokal faylların kopyalanması sürəti 40% aşağı düşə bilər. Microsoft şirkətinin tətbiqlər üzrə baş meneceri olan Ned Pyle-ın sözlərinə əsasən faylların yüklənmə və kopyalanma sürətlərinin aşağı düşməsi halı məhz Windows 11 22H2-ni əhatə edir. Bu Server Message Block (SMB) adlı protokolun istifadəsi ilə faylların digər kompüterdən uzaqdan yüklənməsi zamanı baş verir.
        Serverdən uzaqdan yüklənmə zamanı faylların kopyalanma sürətinin aşağı düşüb-düşmədiyi bilinmir. Heç istisna deyil ki, problem yalnız digər kompüterdəki faylların uzaqdan yüklənməsini əhatə etsin. Microsoft özü də buna tam dəqiq cavab verə bilmir. Belə ki, Ned Pyle-ın sözlərinə əsasən yaranmış problem SMB kodunda deyil. Buna görə də problemin nə zaman aradan qaldırılacağı barəsində dəqiq bir məlumat vermək mümkün deyil. Hal hazırda Microsoft sözügedən problemin həll üsulunun axtarılması ilə məşğuldur. Məlumatda qeyd edilib ki, kopyalama və ya yükləmə sürətinin aşağı düşməsi halı böyük həcmli faylların bir kompüterdən Windows 11 22H2 əməliyyat sistemli digər kompüterə uzaqdan yüklənməsi zamanı müşahidə olunur.
        Maraqlısı ondadır ki, Windows-un digər versiyalarında bu problem müşahidə edilmir. Ned Pyle sözügedən problemin aradan qaldırılmasına kimi kontentlərin robocopyxcopy adlı əmrlər sətri tətbiqləri vasitəsilə kopyalamağı təklif edir. Bu halda istifadəçilər /J parametrindən istifadə etməli olacaqlar. Microsoft təmsilçisi bu üsul üçün kod nümunəsini təqdim edib: robocopy someserversomeshare c:somefolder somefile.ned /J.  Bu kod nümunəsindən istifadə edən zaman someserver, someshare somefolder hissələrinə düzgün istiqamətlənməni, somefile hissəsinə isə kopyalanan faylın adını yerləşdirmək lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər