main-post-cover

    Yadplanetli həyat formasının aşkar edilməsi üçün yeni irimiqyaslı layihə işə salınıb

    Digər
    16.03.2020
    Emil Nəcəfov
        Mütəxəssislər artıq dəfələrlə müasir süni zəka sistemlərinin kosmosdan olan siqnalları düzgün interpretasiya etmələrinə şübhə ilə yanaşdıqlarını qeyd ediblər. Buna baxmayaraq kosmosdan olan siqnalların və yadplanetli həyat formalarının axtarışı davam edir. Beləliklə astronomlar bu istiqamətdə PANOSETI adlı yeni təşəbbüsü işə salırlar. Sözügedən layihə yaxın zamanda müşahidə olunan kosmik məkanın tam monitorinqini aparmağa imkan verəcək. Bu barədə Digitaltrends.com saytı xəbər verib.
        20 il ərzində yadplanetli həyat formasının mövcudluğu barəsində hansısa bir sübutu əldə etməmiş SETI@home layihəsinin bağlanmasından sonra astronomlar öz yeni planlarını açıqlayblar. Belə ki, bundan sonra yadplanetli həyat formasının axtarışı ilə teleskoplar məşğul olacaqlar. PANOSETI (Pulsed All-Sky OIR-Optical SETI) layihəsi bir neçə nanosaniyə ərzində baş verən işıq parlaqlıqlarını ya dalğaların optik uzunluqları üzrə ya da infraqırmızı şüalanma üzrə təyin etməyi bacaran onlarla cihaz əsasında çalışacaq.
        “Astronomlar indiyənə kimi müşahidə edilməmiş kosmik məkanı analiz edən zaman adətən heç kimin öncədən proqnozlaşdırmadığı təəccübləndirici şeylər aşkar edə bilirlər. Əsas məqsəd yüksək inkişaf səviyyəsinə çatmış sivilizasiyadan ola biləcək qısa, lakin güclü siqnalları aşkar etməkdir. Nəzərə alsaq ki, həmin siqnallar nadir və qısa olacaqlar, biz uzun müddət ərzində göy üzünün böyük hissəsini müşahidə etməyi planlaşdırırıq” - deyə alimlər qeyd ediblər. Kaliforniyanın San Xose şəhərində yerləşən iki teleskop artıq bu layihə çərçivəsində işə salınmaq üzrə hazırlıqlardan keçir. Gələcəkdə 80 belə teleskopun sözügedən layihə çərçivəsində işə salınması planlaşdırılır. 
    Linki kopyala