main-post-cover

    Tarixdə ilk dəfə ölü insan cəsədi üzərində baş transplantasiyası əməliyyatı keçirildi

    Digər
    18.11.2017
    Emil Nəcəfov
    Dünyada ilk baş transplantasiyası Çində 18 saatlıq əməliyyat zamanı ölü cəsəd üzərində reallaşdırıldı.
    Əməliyyat zamanı onurğa sütununu, sinir sistemini və qan damarlarını bərpa etmək mümkün olub. Bu barədə The Telegraph saytı xəbər verib. Uğurlu baş transplantasiyası əməliyyatı haqqında italiyalı neyrocərrah Sergio Canavero Vyanada keçirilmiş konfrans zamanı elan edib. Əməliyyat həkim Ren Xiaoping-in başçılığı altında Harbin Tibb Universitetinin (Çin) komandası vasitəsilə həyata keçirilib. Canavero-nun sözlərinə əsasən canlı insan başının transplantasiyası isə yaxın zamanda baş tutacaq.

    2016-cı ildə sözügedən neyrocərrah siçanların və itlərin əks olunduqları video təqdim etmişdi. Həmin heyvanlar bu cür əməliyyatın təcrübi səviyyəsindən keçmişdilər. Heyvanlar üzərində aparılmış təcrübi əməliiyatlar zamanı onların zərər çəkmiş onurğa beyinlərinə polietilenqlikol yeridilmişdir. O isə öz növbəsində minlərlə neyronların öz aralarındakı əlaqələrin bərpasına imkan yaratmışdır. Ölü cəsəd üzərində keçirilmiş baş transplantasiyası əməliyyatı neyrodegenerativ xəstəlikdən əziyyət çəkən rusiyalı proqramçının başının transplantasiyasını reallaşdırmaq üçün öncədən yerinə yetirilmiş əməliyyat xarakterini daşıyır.
    Linki kopyala