Space for Humanity, pulsuz şəkildə adi insanları kosmosa göndərəcək
Digər
01.07.2017
Farid Pardashunas
Qeyri kommersiya təşkilatı Space for Humanity əmindir ki, kosmosa təkcə alimlər, hərbçilər və varlı adamlar deyil, adi insanlar da uçmalıdır.
Adi insanları pulsuz şəkildə kosmosa göndərmək üçün bu təşkilat
artıq anonim investorlardan 10 milyon dollar vəsait yığıb. İndiyənə kimi kosmosa
yalnız 536 insan uçmuşdur. Onların arasında isə inkişaf etmiş ölkələrdən olan
kişi cinsli nümayəndələr üstünlük təşkil edir. ABŞ-dan olan investor Dylan
Taylor, bu vəziyyəti dəyişmək istəyir və kosmosda çəkisizlik hissini adi
insanlara da yaşatmaq niyyətindədir. Bunun üçün o, Space for Humanity adlı təşkilatı
yaradıb. Həmin təşkilat isə öz növbəsində 10.000 insanı pulsuz şəkildə kosmosa
göndərəcək. Təşkilat bu işdə könüllü olacaq şəxsləri öz saytında seçməyə
başlayıb. Layihənin əsas ideyası, müxtəlif sosioloji, əmlak, mədəni və milli
qruplardan olan insanları bir araya yığmaqdır. Kosmosda olacaq insanlar bu barədə
təcrübələrini və hisslərini digər insanlara ötürə biləcəklər.
“Biz kosmosa, bunu özünə təşkil edə bilən varlı insanları
göndərmək niyyətində deyilik. Həmin insanlar kosmosda olanda və Yer kürəsinə
qayıtdıqları zaman, kosmosda keçirtdikləri təcrübə və hisslər barəsində
danışırlar. Həmin anda isə Nyu-Dehlidə yaşayan və günə 1$ qazanan hansısa
hindistanlı, kosmosa uçmuş şəxsin sevincini eyni tərzdə bölüşə bilmir. Lakin
kosmosa onun dostu, iş yoldaşı və yaxud qonşusu yollansa, onda bu cür hadisə
adi insanları daha çox ilhamlandıracaq” – deyə Taylor bildirib. Space for
Humanity, insanları kosmosa hansı üsulla göndərəcəyi barəsində hələki yekun bir
qərara gəlməyib. “Bizim üçün kosmik gəminin növü vacib deyil. Ən əsası onun təhlükəsizliyi,
etibarlılığı və ekonomik cəhətdən əlverişli olmasıdır” – deyə Taylor qeyd edib.
Sözügedən təşkilat artıq anonim investorlardan 10 milyon dollar vəsait yığıb. Həmin
vəsait ilk turistlərin kosmosa göndərilməsi üçün xərclənəcək. Taylor-un fikrincə
bu cür ilk missiya digər varlı insanların diqqətlərini cəlb etməyə yardımçı
olacaq. Beləliklə növbəti missiyaya daha yüksək məbləğdə vəsait toplamaq mümkün
olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!