main-post-cover

    Samsung şirkəti koronavirusa qarşı dərmanların istehsalı ilə məşğul olacaq

    Digər
    13.04.2020
    Farid Pardashunas
        Kaliforniyanın Vir Biotechnology şirkəti ilə olan müqavilə çərçivəsində Samsung Biologics şirkəti koronavirusa qarı dərman preparatlarının istehsalı ilə məşğul olacaq. Dərman preparatlarının istehsalı isə bu ilin oktyabr ayından tez başlamayacaq. Bu barədə Korea Times saytı xəbər verib. Vir Biotechnology şirkəti koronavirusla mübarizə üçün nəzərdə tutulmuş dərman preparatlarını insanlar üzərində yaxın 3-5 ay ərzində sınaqdan keçirtməyi planlaşdırır.
        Şirkətin dərman preparatları koronavirusa qarşı olan monoklonal antibədənlər üzərində qurulublar. Samsung Biologics şirkəti isə hazır preparatların istehsalı məsələsində 360 milyon dollarlıq tenderdə qalib gəlib. Hər iki tərəf arasındakı yekun müqavilə may ayına kimi bağlanacaq. Qeyd etmək lazımdır ki, bu, Samsung Biologics üçün ən böyük müqavilədir.
        Koronavirus ilə mübarizə üçün nəzərdə tutulmuş dərman preparatlarının istehsalı bu ilin oktyabr ayında başlamalıdır. Lakin dərmanların kommersiya partiyaları gələn ilin əvvəlində satışa çıxacaqlar. Farmakologiya sahəsində olan mütəxəssislərin sözlərinə əsasən antibədənlər əsasında hazırlanmış bu cür dərman preparatları ilk növbədə koronavirusa yoluxmuş pasientlər ilə yaxından təmasda olan tibb işçilərinin qorunmasında yardımçı olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər