main-post-cover

    Netflix öz yazı fontunu yaratdı və illik xərcini azaltdı

    Digər
    24.03.2018
    Nijat Hamid
    Bir çoxumuzun dizi və film izləmək üçün seçdiyi Netflix platforması bildiyimiz kimi böyüməyə davam edir. Hər böyük və korporativ şirkətin özünə məxsus işləyində istifadə etdiyi yazı fontu olur. Məsələn Google Apple bunlara ən yaxşı misallardan biridi. Ona görə də Netflix artıq özünə məxsus font yaradaraq öz işlərində bu fontdan istifadə edəcək.
    Netflix Sans fontu Netflix şirkətinin rəsmi yazı fontu oldu.    
    “Netflix Sans” adındakı yazı fontu Netflix şirkətinin dizayn komandasının üzvü olan Dalton Maag tərəfindən hazırlandı. Bundan əvvəl "Gotham" yazı fontunu istifadə edən şirkət artıq markalaşmaq üçün öz yazı fontundan istifadə edəcək. Yeni yazı tipinin yaradılmasını istəyən marka-dizayn rəhbəri olan Noah Nathan bu qərarı ona görə verdi ki, hər il "Gotham" yazı tipinin lisenziyası üçün bir neçə milyon dollar pul verməli olurdular. Artıq bu sayədə şirkət dizi və filmlər üçün bəlkə daha çox bütcə ayıra bilər. Ayrıca qeyd etməliyik ki, “Netflix Sans” fontu hazırlanarkən knock-off Helvetica fontundan incəliklər istifadə edilib. Ayrıca şirkətin planlarında bu yazı tipindən istifadə edərək gəlir əldə etməyi planladığı deyilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər