main-post-cover

    NASA agentliyi yeni Mars aparatının adını açıqladı

    Digər
    06.03.2020
    Emil Nəcəfov
        NASA agentliyi uzun illərdir ki, öz kosmik aparatlarına maraqlı adların verilməsi ənənəsinə sahibdir. Mars səthində fəaliyyət göstərən Curiosity aparataına yaxın zamanda yoldaşlıq edəcək yeni Mars aparatı da bu məsələdə istisna olmayıb. Yeni Mars aparatı öz adını açıq səsvermə sayəsində əldə edib. Keçirilmiş açıq səsvermədə Yer kürəsinin hər bir şəxsi iştirak edə bilərdi. Bu barədə Engadget saytı xəbər verib.
    Perseverance
        Beləliklə səsvermə nəticəsində ən çox səs toplamış ad Perseverance (inadkarlıq) olub. Qeyd etmək lazımdır ki, ən çox səs yığmış adlar üzrə ilk doqquzluğa həmçinin Endurance, Tenacity, Promise, Vision, Clarity, Ingenuity, FortitudeCourage adları olublar. Gözləntilərə əsasən Perseverance adlı yeni Mars aparatı bu ilin iyul ayında qırmızı planetə göndəriləcək. Sözügedən aparat Mars səthində olan süxurların yığılması və saxlanması ilə məşğul olacaq. Yer kürəsindəki alimlər isə onların analizi ilə məşğul olacaqlar.
    Linki kopyala