main-post-cover

    Məlumatları beyninizə 6 saatda yükləyin | Step IT-dən yenilik!

    01.04.2018
    Farid Pardashunas
        STEP IT Academy-dən təhsil sahəsində yenilik!
        Akademiya 2 ilə yaxındır üzərində işlədiyi layihəni nəhayət ki, təqdim etdi. Bu, hər bir azərbaycanlının problemini həll edəcək bir ixtiradır. STEP IT Akademiyası açılışından bəri bu layihə üzərində işləyir. Hər məktəblinin, hər tələbənin, hər aspirantın - hər insanın xəyalını gerçəyə çevirəcək Smart STEP Bilik kartı cəmi 8 saat ərzində bilik, bacarıq və iş təcrübəsini beyninizə birbaşa yükləyən cihazdır.
        Təhsil sahəsində 20 illik təcrübəyə malik kompüter akademiyası dərs oxumağa vaxt ayırmaq istəməyən və həyatının yarısını təhsilə xərcləyən insanlar üçün xüsusi aparat icad edib. Smart STEP Bilik kartı vasitəsi ilə Akademiyanın tədris etdiyi 3 əsas ixtisas üzrə biliklər bir neçə saat ərzində xüsusi maska və qurğu vasitəsi ilə peşəkar olmaq istəyən istənilən şəxsin beyninə yüklənir. Qurğunu Akademiyanın sosial şəbəkə hesablarından öncədən sifariş edə bilərsiniz. Smart STEP Bilik Kartının promo videosunu sizə təqdim edirik:

    Linki kopyala