Kepler teleskopu Yer kürəsinə bənzəyən yeni 44 planet aşkar edib

Kepler teleskopu Yer kürəsinə bənzəyən yeni 44 planet aşkar edib

Digər
13.08.2018 PAYLAŞIM

    Uzun müddət ərzində deaktiv şəkildə qalmış Kepler teleskopu yenidən işə düşərək öz yeni kəşflərini Yer kürəsinə göndərib. Beləliklə məlum olub ki, Kepler teleskopu Yer kürəsinə bənzəyən 44 planet aşkar edib. NASA-nın verdiyi məlumata əsasən onlardan 16-sı ölçülərinə görə Yer kürəsinin ölçülərinə yaxındır. Lakin astronomların fikrincə onların iqlimləri Venera planetinin iqliminə bənzəyir. Buna görə də aşkar edilmiş həmin planetlərdə şüurlu həyat formasına rast gəlmək çox güman ki, qeyri-mümkündür.

    Lakin həmin planetlərdə bakteriyalar ola bilər. Adətən teleskopun bir iş seansı ərzində 10-12 ekzoplanet aşkar etmək mümkün olurdu. Lakin bu dəfə onların sayı 44 olub. Bu da heyrətləndirici bir faktdır. Həmdə 2013-cü ildə Kepler teleskopunun 4 mühərrikindən 2-si sıradan çıxmışdır və onun hansı istiqamətdə kosmosda hərəkət etməsi məlum deyil. Lakin bununla belə teleskop alimlərə faydalı məlumatlar verməkdə davam edir. Bu vəziyyətdə belə onun yeni planetlər aşkar etməsi təəccübləndirici haldır. 

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×