HTC şirkətinin vəziyyəti yaxşı deyil: Maddi problemlər daha da artıb
Digər
04.07.2018
Nijat Hamid
İlk Android telefonu istehsal edən, aliminium gövdələr ilə mobil telefon bazarına yeni trend gətirən HTC şirkəti son illərdə ciddi maddi problemlərlə üz-üzədir. U12 Plus modelinin satışa çıxması ilə biraz da olsa dirçəlməyi planlayan şirkət gözlədiyi nəticəni əldə etmədi.
HTC şirkəti Tayvan-da istehsal zavodunda 1500 nəfəri işdən çıxaracağını açıqladı.
Şirkət onsuz da bir çox zavodlarını bağlamış və eləcə də çoxlu işçisini azad etmişdi. Ümumi olaraq maddi problemlər səbəbi ilə son illərdə 6450 nəfər HTC şirkətindəki işindən azad edilib. Bu da təxmini olaraq şirkət personallarının 4-də 1-i deməkdir. Google ilə edilən razılaşmalardan sonra Pixel modellərinin hazırlanmasında işləyən 2000 mühəndis Google-a transfer olmuşdu. Vive Pro və U12 Plus kimi cihazları ilə gəlirini artırmağı düşünən şirkət istənilən satış rəqəmlərinə çata bilmədi. Bir çoxumuzun ilk telefonu HTC olmuşdur yəqinki. Ümid edirik şirkət yeni stratejik plan hazırlayar və dirçələr.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək