Google Hip Hop tarixini doodle ilə qeyd etdi
Digər
11.08.2017
Orxan Jafarli
Google bu günə qədər
hazırladığı ən mürəkkəb və ən gözəl doodle ilə qarşımıza çıxdı. Hip Hop mədəniyyətinin
44-cü ilini qeyd etmək üçün yaradılan doodle, bütün dünyada maraq oyandırdı.1970-ci illərin sonunda Amerikada ortaya çıxan Hip Hop mədəniyyəti,
44-cü ilini Google tərəfindən xüsusi olaraq hazırlanan bir doodle ilə qeyd
olundu.
Hip hop-un 44-cü ili üçün xüsusi olaraq graffiti sənətçisi
Cey Adams tərəfində hazırlanan doodle, eyni zamanda kiçik bir sürpriz ilə təqdim
edilir. Hazırlanan doodle-ın üzərinə klik etdiyinizdə, DJ Kool Herc-dən günümüzə
Hip Hop tarixində kiçik bir gəzintiyə çıxırsınız.
Hazırlanan mini oyunu izah edən adam isə MTV Raps-dən
xatırlayacağımız Fab 5 Freddy-dən başqası deyil. Hip Hop tarixinə baxdıqdan
sonra isə bu dəfə bizim mix-lər hazırlamağımızı istəyir.
Hip Hop doodle, şirkəti bu günə qədər ən çox işləməsinə səbəb
olan doodle işi olub. Birdən çox məzmunu brauzer üzərinə yerləşdirən Google,
möhtəşəm bir iş ortaya çıxartdığını deyə bilərik.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!