Elon Musk təcili olaraq digər planetləri mənimsəməyi məsləhət görür

28.06.2018 0 PAYLAŞIM 2715 OXUNMA

    Bir neçə müddət bundan öncə alimlər araşdırma apararaq qənaətə gəlmişdilər ki, çox güman ki, insanlar kainatda yalnızdılar. Buna cavab olaraq Elon Musk insan sivilizasiyasının kosmosda yayılması fikrinin vacibliyini bildirdi. Elon Musk artıq uzun zamandır ki, planetlərarası kolonizasiya planını dəstəkləyir və bunun reallaşdırılması üçün özünün SpaceX şirkəti ilə birlikdə mütəmadi olaraq çalışır. Alimlərin yeni araşdırmalarının dərc olunmasından sonra Musk bir daha sözügedən missiyasının yerinə yetirilməsi vacibliyini anladı.

    Musk bildirir ki, insan növünün kainatda yalnız olması ehtimalı bizim Günəş sistemindən kənar mühiti mənimsəmək ideyasını daha da vacib hala gətirir. “Məhz buna görə biz, kosmosu mənimsəyərək və digər planetlərə həyatı yayaraq şüur işığını qoruyub saxlamalıyıq. Bizim, kainatda yeganə canlı sivilizasiya olub-olmadığımız hələki məlum deyil. Lakin bizim yenə də tək olmamızı gücləndirəcək hər bir ehtimal digər planetlərə həyatın yayılmasını reallaşdırmaq üçün əlavə stimul olmalıdır.” – deyə Musk bildirib.

    Musk bu barədə birinci dəfədir ki, danışmır. Onun əsas məqsədlərindən biri yaxın 50 il ərzində Marsa milyona yaxın insanı göndərib orda həyat şəraiti yaratmaqdır. 2017-ci ildə Musk New Space jurnalı üçün Making Humans a Multi-Planetary Speciesadlı məqalə yazmışdı. Öz məqaləsində o bunları yazmışdır: “Tarix 2 istiqamətdə gedəcək. Onlardan birinə əsasən biz həmişəlik Yer kürəsində qalacağıq və nəticədə kütləvi qırılma baş verəcək. Mənim, dünyanın sonu barəsində dəqiq proqnozum yoxdur. Lakin tarixin də bizə dəfələrlə sübut etdiyi kimi hər şeyin sonunu gətirəcək nəsə baş verəcək”. Musk dəfələrlə qeyd edir ki, belə dəhşətli ehtimalda insan sivilizasiyasının yalnız bir çıxış yolu var. Belə ki, insan növü kosmik sivilizasiya və çoxplanetli növ olmalıdır.