Disney, Fox şirkətini rekord bir qiymətə aldı: Deadpool, X-Men artıq yenə Marvel'ə aiddir
Digər
22.06.2018
Nijat Hamid
Bir müddət ortalıqda gəzən şaiyələrə görə Disney, Fox şirkətini tamamilə almaq istəyirdi. Sonra çıxan xəbərlərdə isə razılaşmanın baş tutmadığı və Comcast şirkətinin Disney'dən daha böyük bir təkliflə Fox'a getdiyi bildirildi. Lakin qərarında ciddi olan Disney, rekord bir qiymətlə Fox'u ala bildi.
Disney şirkəti 71.1 Milyard dollar ilə Fox'u aldı və əlavə olaraq şirkətin bütün borclarını da ödəcəyini bildirdi. Bu da təxmini 80 Milyard dollar dəyərində bir ödəniş edir.
2017-ci ildə Disney, Fox'un bəzi kanallarını almışdı. Bu ilki satışdan sonra Fox'da olan bütün Marvel personajları yenidən Disney'ə qayıdır. Beləliklə, önümüzdəki illərdə Avengers ilə X-men filmlərinin birləşməsini görmək mümkün ola bilər. Bundan əlavə olaraq, Fox'un tərkibində olan studiolar və bir çox servislər Disney'in tərkibinə keçdi. Buna Hulu platforması da daxildi. Comcast və Disney'in Hulu platformunda 30%-lik hissə payı olmuş oldu. Simpsons və Modeyn Family kimi populyar TV verlişləri də artıq Disney ilə yollarında davam edəcək. Bu müqavilələ və satışlar səbəbi ilə adı keçən hər 3 şirkətin hissə dəyərləri artdı. Əlavə olaraq, Disney Fox rəsmilərindən vergi ödəmələrini də istəməməsi şərtlər arasında idi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək