Canlı yayımda az qalsın böyük bir fəlakət yaşanacaqdı! (VIDEO)
Digər
01.08.2017
Orxan Jafarli
Twitch canlı yayımı
zamanı diqqətsiz bir hərəkət edən video bloqer az qalsın bir fəlakət
yaşayacaqdı. Yaşanan maraqlı hadisə Twitch-in ən çox danışılan mövzuları
arasına girdi!Twitch kimi bir
platformada bildiyiniz kimi kamera, kompüter və internet əlaqəsi olan hər kəs canlı
yayım edə bilər. Əslində baxsanız YouTube-un
oyun mərkəzli alternativi də deyə biləcəyimiz Twitch, canlı yayımlar əsnasında yüzlərlə
qəribə və bəzən də qorxuducu hadisəyə səhnə oldu.
Twitch nəzdindəki
turnir yayımları, məşhur oyunların yanında fail-ləri
ilə də məşhur bir platformadır. gələn son fail isə AnaPlaying adlı bir video bloqerdən oldu. League
of Legends yayımı zamanı etdiyi diqqətsiz bir hərəkət nəticəsində az qalsın
böyük bir fəlakətə gətirib çıxardacaqdı.
Oyunun başlamasını gözləyərkən bir tərəfdən də əlindəki
alışqan ilə oynayan Ana, fərqində olmadan saçını alovlandırdı. Uzunca bir müddət
saçının yandığını fərq etməyən Ana, izləyənlərin xəbərdarlığı ilə saçının
alovlandığını öyrəndi.
Həyəcanla saçını söndürən Ana, ciddi bir zədə almasada bu kiçik fəlakət Twitch-in ən çox danışılan hadisələr arasında yer aldı və videosu
qısa müddətdə 200 mindən çox adam tərəfindən
izlənildi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ