main-post-cover

    Burger King öz pul vahidini inkişaf etdirir

    Digər
    30.08.2017
    Orxan Jafarli
    Məşhur fast food zənciri Burger King, Rusiya mağazalarında istifadə edilməsi üçün öz kripto pul vahidini inkişaf etdirir.
    Son dövrdə Bitcoin-in dəyərinin onlarla qat artım göstərməsi ölkələrin və şirkətlərin virtual pul vahidlərinə çox daha əhəmiyyət göstərməsinə və gələcəyə dair planlar etməyə başlamasını təmin edərkən, məşhur fast food zənciri Burger Kingin bu mövzuda işlərə başlayan markalardan biri oldu.
    Rus mətbuatı tərəfindən paylaşılan məlumatlara görə, Burger King Rusiya tərəfindən Whoppercoin adlı bir virtual pul vahidi inkişaf etdirilir.
    Yaxşı, Burger Kingin inkişaf etdirdiyi virtual pul vahidi necə istifadə ediləcək? Gəlin, Whoppercoin haqqında ortaya çıxan detallara yaxından nəzər salaq.
    Burger King müştəriləri Rusiyada satın aldıqları Whopper menyular qarşılığıda Whoppercoin qazanacaqlar və yığdıqları bu pullar ilə irəliləyən dövrdə təkrar burger satın ala biləcəklər.
    Burger King tətbiqinə yerləşdirilən şifrəli bir pulqabıda saxlanacaq olan Whoppercoin-lərin, yalnız mağaza içərisində istifadə edilə biləcək. Waves-in blok zənciri üzərində reallaşdırılacaq olan Whoppercoin əməliyyatları ilə, Burger King restoranlarında Bitcoin-in ödəmə üsulu halına gətirilməsi üçün ilk addımların atılacağı ifadə edilir.
    Linki kopyala