main-post-cover

    Blogstar 2 yaşını qeyd edir

    Digər
    03.10.2018
    Farid Pardashunas
        Məlumdur ki, son illərdə influencer materketinq bazarı sürətlə populyarlaşır, inkişaf edir. Azərbaycanda da bu sahəyə xüsusi maraq və tələbat müşahidə edilir. Bu sahədə fəaliyyət göstərən xüsusilə gözəllik, həyat tərzi və moda sahəsində olan influencer-ləri birləşdirən Blogstar platforması ötən günlərdə 2 yaşını tamamlayıb.
        Belə ki, şirkət Passage 1901-də baş tutan tədbir ilə 2 yaşını qeyd edib. Qeyd edək ki, Blogstar 2016-cı ildən bloqinq sferasının inkişafı və sosial medianın insanlar üçün daha məqsədəuyğun şəkildə istifadə edilməsi, reklam və insanları yormayan paylaşımlarla onlara faydalı məlumatların çatdırılması məqsədilə fəaliyətə başlayıb.
        Şirkət eyni zamanda bloqqinq mədəniyyətinin inkişafı və insanların maariflənməsi üçün təlim və görüşlər də təşkil edir. Professional təlimçilərin iştirakı ilə keçirilən “Metamorfoz" başlığı altında ümumiləşmiş təlim toplusu da onlardan biridir. Layihənin rəhbəri Fatimə Rzayeva tədbirdə Blogstarın influencer marketinq sahəsində imza atdıqları bir çox layihələr haqqında qısa informasiya verib. Tədbirdə bir çox dəyərli və tanınmış influencerlər və bloqqerlər iştirak edib.
        Bu baxımdan tədbir yeni əlaqələr və əməkdaşlıqlar üçün çox məhsuldar keçib. Qonaqlar “fashion show” izləmə şansı əldə ediblər. Bu böyük tədbirə bir çox yerli brendlər öz dəstəyini göstərməklə tədbiri daha maraqlı və yaddaqalan ediblər.  Sona dressing, Muse, Bioderma, Decoration wedding, Lucerna cake, Bouquet və LeFa Atelier kimi bir çox brednlərdən hədiyyələr təqdim olunub. Tədbirin ən maraqlı hissələrindən biri Ahmedowski trionun canlı performansı olub. Tədbirin  rəsmi hissəsindən sonra “after party” baş tutub və tədbir iştirakçıları xoş zaman keçirib.
    Linki kopyala