main-post-cover

    Bill Gates: 'Bu cür böhranlar hər 20 ildən bir baş verəcəklər'

    Digər
    12.04.2020
    Farid Pardashunas
        Microsoft şirkətinin yaradıcısı Bill Gates əmindir ki, dünyada hal hazırda hökm sürən pandemiya insan sivilizasiyası tarixinin unikal hadisəsi deyil. Belə ki, bu cür böhranlar təqribi olaraq 20 illik intervalla gələcəkdə də baş verəcəklər. Bugünün əsas məqsədi isə varolan problemdən nəticə çıxartmaq, lazımi resursların ehtiyyatlarını yaratmaq və mütəmadi şəkildə öncədən xəbərdarlıq sistemini inkişaf etdirməkdir.
        Bundan əlavə olaraq Bill Gates narahatdır ki, pandemiya sosial səviyyə məsələsini daha da dərinləşdirəcək. Belə ki, uzaqdan təhsil sisteminə keçid öz növbəsində aztəminatlı ailələrin uşaqlarının təhsil almalarını qəlizləşdirəcək. Bu fikirləri Bill Gates, Financial Times saytının jurnalistləri ilə birlikdə koronavirus pandemiyasının müzakirəsi çərçivəsində səsləndirib. Onun sözlərinə əsasən koronavirus insanların həyatlarının ən böyük hadisəsidir.
    O xəbərdarlıq edib ki, hal hazırda olan koronavirus pandemiyası miqyasına sahib ola biləcək infeksiya yayılmaları 20 illik interval ilə gələcəkdə də baş verəcəklər.
        Bill Gates bildirib ki, əgər dünya liderləri və qanunvericiləri mövcud olan vəziyyətə öncədən lazımi səviyyədə hazırlıqlı olsaydılar, böhranın qarşısının alınmasına sərf edilən vəsaitlərin miqdarı trilyonlarla dollar aşağı ola bilərdi. Gələcəkdə hökumətlər diaqnostik sistemləri, geniş antivirus resurslarını və öncədən xəbərdarlıq sistemlərini hazır vəziyyətdə saxlamalıdırlar.
        Bütün bu tədbirlərə xərclənəcək vəsaitlər indiki vaxtda xərclənən vəsaitlərdən daha az olacaq. Bill Gates əmindir ki, insanlar hal hazırki vəziyyətdən dərs çıxaracaqlar və növbəti belə bir hadisəyə daha hazırlıqlı olacaqlar. Lakin bunu anlamağın dəyəri daha yüksəkdir. Hələ 2015-ci ildə o xəbərdarlıq etmişdi ki, dünya potensial pandemiyaya hazır deyil və profilaktik tədbirlər görmək lazımdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər