main-post-cover

    Azərbaycanın reklam agentliyi AdAsia-da ilk 10-luqda!

    Digər
    02.03.2020
    Farid Pardashunas
        Mərkəzi Asiyanın reklam sənayesinin yaradıcılıq reytinqini müəyyən edən “AdAsia” ilk dəfə 2011-ci ildə təsis olunub. Yarandığı gündən Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Azərbaycan reklam agentlikləri Adasia-ın ilk Top 10-luğuna düşmək üçün il ərzində bütün yaradıcı sərmayelərini ortaya qoyurlar.
        Azərbaycanın bu cəhətdən ən məhsuldar illəri 2013-2014-cü illərə təsadüf edir ki, bu illərdə bir deyil, bir neçə reklam agentliklərimiz aldıqları beynəlxalq mükafatlarla bu reytinqə düşə biliblər. Lakin son 5 ildə reklam senayemizdə kreativ agentliklərin çoxalmasına baxmayaraq “AdAsia” reytinqində Azərbaycan adına rast gəlmək bugünədək mümkün deyildi.
        Ötən il “İtirdiyimiz qızlar” və “Beynəlxalq Sağlığına Günü” layihələri ilə ölkəmizə “Red Jolbers” və “Kyiv International Advertising Campaigns” qlobal mükafatlarının həm bürünc, həm də qızıl təltiflərini gətirən “Endorphin” reklam agentliyi yenilənmiş “AdAsia” reytinqində yenidən Azərbaycanın adını yazdıra bildi. “Endorphin” 5 ildən sonra bu reytinqdə 8-ci yerdə məskunlaşıb.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər