main-post-cover

    Avropa Birliyi texnologiya şirkətlərindən vergi tələb edir

    Digər
    23.03.2018
    Orxan Oguz
        Avropa Birliyi, texnologiya şirkətlərinin üzv ölkələrdə ödədiyi gəlir vergisini 3% artıracaq qanun təklifini gözdən keçirir. Təklifdə Google, Facebook və Amazon kimi rəqəmsal texnologiya şirkətlərinin vergilərini qanun çərçivəsində ödəmələri hədəflənir.
        Dəyərləndirilən təklif iki mərhələlədən ibarətdir. Gəlir vergisi artımı mövcud problemlərə qarşı həll məqsədi daşıyır. Uzun müddətli islahat planında isə rəqəmsal texnologiya şirkətlərinin vergilərini mərkəzlərinin yerləşdiyi ölkələr əvəzinə, satış etdikləri ölkələrdə ödəməsi nəzərdə tutulur.
        Qanun təklifində rəqəmsal şirkətlərin son illərdə qazandığı populyarlıq əsas götürülür və dünyanın büdcə baxımından ən böyük 20 şirkətindən 9-nun rəqəmsal şirkətlər olduğu bildirilir. Təklifdə rəqəmsal şirkətlərin effektiv vergi dərəcəsinin də ənənəvi şirkətlərin yarısı qədər olduğu deyilir və bunun rəqəmsal şirkətlərin satış apardıqları ölkələrdə vergiyə cəlb olunmamaqları ilə bağlı olduğu qeyd olunur.
        Avropa Birliyi texnologiya şirkətlərindən daha çox vergi almaq üçün cəhd etsə də bunun göründüyü kimi asan olmayacağı bəllidir. Təklifin qanuniniləşməsi üçün bütün üzv ölkələrin razılığı lazımdır. Amerikan şirkətlərinə vergi baxımından güzəştə gedən Lüksemburq və İrlandiya kimi ölkələrin bu qərara asanlıqla boyun əyməsi gözlənilmir. Amma yenə də Avropa Birliyinin daha ədalətli davranaraq vergiləndirmə barədə təşəbbüslərinin hansısa formada qəbul olunması gözləniləndir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər