main-post-cover

    Astronomlar yeni növ qara dəliyin mövcudluğuna dair sübutlar əldə ediblər (VİDEO)

    Digər
    01.04.2020
    Emil Nəcəfov
        Astronomlar orta kütləli qara dəliyin mövcud olmasının vacib sübutlarını aşkar ediblər. Belə ki, həmin qara dəlik öz yaxınlığında olan ulduzu məhv edib. Ulduzun kütləsindən daha yüksək, lakin ultrakütləli qara dəliklərin kütlələrindən daha aşağı kütləyə sahib qara dəliklərə orta kütləli qara dəliklər deyilir. Onların yaranma mexanizmləri məlum deyil. Keçmişdə astronomlar orta kütləli qara dəlik adına layiq bir sıra kosmik namizədlərin adlarını açıqlamışdılar. Lakin Nyu Hempşir Universitetinin alimləri tərəfindən edilmiş kəşf orta kütləli qara dəliklərin mövcudluğunu sübut edən ən danılmaz faktdır. Bu barədə Phys.org saytı xəbər verib. Əldə edilmiş sübutların aşkar edilməsi üçün 2 rentgen rəsədxanasından və Hubble kosmik teleskopundan istifadə edilib.
        2006-cıildə Chandra XMM-Newton aparatları güclü rentgen şüalanması aşkar etmişdilər. Lakin həmin vaxtda şüanlanmanın bizim qalaktikamızın daxilində və ya xaricində baş verdiyini təyin etmək mümkün olmamışdı. Tədqiqatçılar güman etmişdilər ki, həmin işıq qravitasiya gücü yüksək olan kompakt obyektin yaxınlığından keçmiş ulduzdan qaynaqlanır. O ulduz hansı ki, qravitasiyası güclü olan kompakt obyekt tərəfindən udulurdu. Professor Dacheng Lin və onun komandası 3XMMJ215022.4-055108 adını əldə etmiş mənbəni müşahidə etdilər. Nəticədə onlar heyrətə gələrək anladılar ki, işığın mənbəsi qalaktikanın mərkəzində deyil. Qara dəliklər isə adətən məhz qalaktikanın mərkəzində yerləşirlər.
        Beləliklə tədqiqatçılarda ümid yarandı ki, həmin işıq mənbəsi məhz orta kütləli qara dəlik ola bilər. Lakin ilkin mərhələdə ola biləcək digər ehtimalları aradan qaldırmaq lazəm idi. Məsələn yüksək temperatura çatandan sonra soyumağa başlayan neytron ulduzu. Hubble ilə müşahidə zamanı məlum oldu ki, rentgen şüalanması digər qalaktikanın kənarındakı uzaq və sıx ulduz toplusunda yerləşir. Məhz həmin yer harda ki, orta kütləli qara dəliyə rast gəlmək olar. Keçmişdə bu cür qara dəlik karlik səviyyəli qalaktikanın mərkəzi ola və nəticədə daha böyük ulduz toplusunun cazibə zonasına düşə bilərdi.
        Astronomlar aşkar edilmiş qara dəliyin kütləsini təyin edə biliblər. Beləliklə həmin qara dəliyin kütləsi bizim Günəşin kütləsindən 50.000 dəfə yüksəkdir. Başqa sözlə desək, sözügedən qara dəlik ulduz kütləsinə sahib qara dəliklər ilə ultrakütləli qara dəliklər arasındadır. Tədqiqatçılar aşkar edilmiş qara dəliyin müşahidəsini davam etdirəcəklər. Beləliklə astronomları çoxdan bəri narahat edən suallara cavab vermək mümkün olacaq: Orta kütləli qara dəliklər nəticədə ultrakütləli qara dəliklərə çevrilirlərmi? Onlar necə yaranırlar və onları harda axtarmaq lazımdır?
    Linki kopyala