main-post-cover

    Alimlər astronomiya tarixinin ən güclü kosmik partlayışını müşahidə ediblər

    Digər
    02.03.2020
    Farid Pardashunas
        İfrat yeni ulduzların ölməsi kimi olan kosmik partlayışlar heç də kainatda nadir hallarda rast gəlinən hadisələrdən deyil. Lakin 3 il bundan öncə qara dəliyin ifraz etdiyi enerji astronomiya tarixində müşahidə edilmiş ən güclü partlayış olub. Tədqiqat nəticələrinin bu qədər gec yayımlanmasının səbəbi isə ondadır ki, alimlər bu cür miqyasa sahib hadisəinin kainatda baş verəcəyinə inanmırdılar. Bu barədə 4pda saytı xəbər verib. Sözügedən partlayış ilk dəfə 2016-cı ildə Chandra rəsədxanası vasitəsilə edilmiş kosmik fotoları müşahidə etmiş astronomlar tərəfindən aşkar edilib.
        İlkin mərhələdə astronomlar İlandaşıyan (Ophiuchus) ulduz sistemində yaranmış “krater”i partlayış nəticəsi kimi qəbul etməmişdilər. Onlar sadəcə olaraq bu cür miqyasa sahib hadisəyə inanmırdılar. Sözügedən hadisənin sübutu isə 3 ildən sonra əldə olundu. “Bu bir növ 1980-ci ildə Sent-Xelens vulkanının püskürməsinə bənzəyir. Fərq ondan ibarətdir ki, müşahidə edilmiş kosmik partlayış nəticəsində əmələ gəlmiş “krater”ə Süd Yolu qalaktikası böyüklüyündə 15 qalaktika yerləşdirmək olar’ - deyə alimlər qeyd ediblər. Ulduzlararası maddənin partlamasının əsas səbəbi isə Yer kürəsindən 390 milyon işıq ili uzaqlığında yerləşən qara dəlik olub.
        Partlayış nəticəsində əmələ gəlmiş rentgen şüalanması 1.575.000 işıq ili məsafəsinə yayılıb. Bu isə Süd Yolu qalaktikasının uzunluğundan 15 dəfə böyük bir göstəricidir. Tədqiqatçılar qeyd ediblər ki, müəyyən anda qara dəlik daha çox qaz və toz udmaq istəyib. Nəticədə ulduzlararası maddə ətraf kainata işıq sürətinə yaxın bir sürətlə püskürdülüb. Proses zamanı qara dəlik genişlənmək üçün olan yanacaqdan da məhrum olub. Qeyd etmək lazımdır ki, məlumata əsasən bu, kainatın yarandığı Böyük partlayışdan sonra astronomlar tərəfindən hesab olunan ikinci ən böyük kosmik partlayışdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər