main-post-cover

    Alibaba və Jack Ma fondlarının koronavirusa görə göndərdikləri yardım paketi Azərbaycana gəlib çatdı

    Digər
    07.04.2020
    Nijat Hamid
            Daha əvvəl də xəbərini yazdığımız AlibabaJack Ma fondlarının Azərbaycana Covid-19 koronavirus pandemiyası səbəbilə göndərdikləri yardım paketi gəlib çatdı. Bu məlumat TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tərəfindən təsdiqlənib. Fondlar tərəfindən göndərilən yardım paketinə tibbi maska, test dəsti, xüsusi qoruyucu geyim, süni tənəffüs aparatı və məsafədən yoxlayan termometrlər daxildir.

    Alibaba və Jack Ma fondlarının göndərdikləri yardım paketi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qəbul edilib.

            Həmçinin TƏBİB bu açıqlamaları da verib: Hazırda COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Çin xalqları dostluq ənənələrinə sadiq qalaraq, bu çətin günlərdə həmrəylik nümayiş etdirir. ÇXR-in bu yaxınlarda Azərbaycana COVID-19 infeksiyasının müəyyən olunması üçün test dəstləri hədiyyə etməsi bu dostluğun bariz nümunəsidir. Azərbaycan da Çinin epidemiya ilə mübarizə apardığı ilk günlərdən Çin xalqı ilə həmrəylik nümayiş etdirib, ona kömək məqsədilə maddi və mənəvi dəstəyini əsirgəməyib.
    Linki kopyala