main-post-cover

    Alibaba, Azərbaycana Covid-19 koronavirus pandemiyası səbəbilə yardım edəcək

    Digər
    29.03.2020
    Nijat Hamid
            Dünya nəhənglərindən olan və Jack Ma-nın qurucusu olduğu Alibaba satış platformu , 19 mart tarixində 4 Asiya ölkəsinə Covid-19 koronavirus pandemiyası səbəbilə yardım edəcəklərini bildirmişdilər. Bu yardım paketinin tərkibinə 2 milyon maska, 150 min koronavirus test kiti, 20 min qoruyucu geyim və 20 min üz qoruyucusu daxil idi. Bu bəyanatdan 2 gün sonra bu paketin az olduğunu düşündükləri üçün əlavə 1.8 milyon maska, 210 min test kiti, çoxlu sayda termometr və 36 min qoruyucu geyimin də veriləcəyi bildirildi. Həmçinin planda tutulan 4 Asiya ölkəsinin sayı artaraq 10 ölkəyə qaldırıldı. 

    Alibaba-nın yardım paketi göndərəcəyi ölkələrin içində Azərbaycan da var !

            Hal-hazırda nəzərdə tutulan yardım paketi Pakistan, Tayland, Fillipin, İndoneziya, Kamboca, Nepal, Banqladeş və Hindistana çatdırılıb. Bu gündən etibarən (29 Mart) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, VyetnamÖzbəkistana da nəzərdə tutulan yardım paketləri çatdırılacaq. Qeyd edək ki, yaxın günlərdə də ölkəmizdə qoruyucu maska istehsal edəcək irihəcmli müəssisələr fəaliyyətə başlayacaq. 

    Mənbə: Alibaba şirkətinin rəsmi xəbər portalı

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər