main-post-cover

    20 yaşındakı modeli qaçırıb DarkWeb-dən satışa çıxardılar!

    Digər
    06.08.2017
    Orxan Jafarli
    Polşa vətəndaşı olan bir adam, 20 yaşında bir modeli qaçırdıqdan sonra DarkWeb üzərindən satmaq istəyərkən tutuldu. Bu hadisə DarkWeb-in qaranlıq üzünü bir dəfə daha qarşımıza çıxartdı.
    Keçdiyimiz günlərdə polis tərəfindən tutulan Polşalı Lukasz Pawel Herba, 20 yaşındakı İngilis modeli qaçırıb, DarkWeb üzərindən satmağa çalışdığını etiraf etdi.
    Qan donduran hadisə İtaliyada yaşandı, gənc modeli qaçırdıqdan sonra müxtəlif maddələr ilə birlikdə çamadanın içərisində saxlayan Lukasz, DarkWeb üzərində verdiyi elan polislər tərəfindən öyrənildiyi zaman yaxanı ələ verdi.
    Tətil üçün İtaliyada olan modeli qaçırdıqdan sonra ən çox pul verən porno şirkətinə satmağı qarşısına məqsəd qoyan Lukasz, özüncə meydana gətirdiyi bu hərracı 300.000 dollardan başlatdı.
    Ödəmə üsulu olaraq Bitcoin-i şərt qoşan Lukasz, təqib edilməmək üçün əlindən gələni etmiş olsa da İtalyan Polisi və İnterpolun ortaq işiylə yeri müəyyən edildikdən sonra istifadə etdiyi saxta şəxsiyyət vəsiqəsi və compüteri ilə birlikdə tutuldu.
    Ömür boyu həbs istəyiylə mühakimə olunan Lukasz, bu hadisə ilə birlikdə DarkWeb-in qaranlıq üzünü bir dəfə daha göz önünə  sərdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər