main-post-cover

    Windows 10-da macOS'in vacib funksiyası olacaq

    Digər
    Code-News
    31.07.2019
    Emil Nəcəfov

        Windows ilə macOS əməliyyat sistemləri arasında rəqabət uzun illərdir ki, gedir. Buna görə də hər iki əməliyyat sistemi mütəmadi olaraq yeni özəlliklər əldə edirlər. Lakin Windows 10 üçün nəzərdə tutulmuş növbəti yenilənmə vasitəsilə Mcrosoft şirkəti öz üstünlüyünü yeni səviyyəyə yüksəltməlidir. Belə ki, Windows 10 istifadəçiləri növbəti yenilənmədə macOS əməliyyat sisteminin vacib funksiyasını əldə edəcəklər. Bu barədə Zdnet saytına istinadən 4pda saytı xəbər verib.
        Məlumata əsasən 2020-ci ilin ikinci rübündə çıxacağı planlaşdırılan 20H1 kod adlı yenilənmədə Windows əməliyyat sistemi bulud servis vasitəsilə bərpa olunma funksiyasını əldə edəcək. Güman olunur ki, bu funksiya vasitəsilə istifadəçilər bütün drayverlər daxil əməliyyat sistemini ilkin versiyaya qaytara biləcəklər. Beləliklə istifadəçilər hər hansı bir flash kartdan və ya DVD diskdən istifadə etmək asılılığından azad olacaqlar.
        Məlumata əsasən əməliyyat sisteminin bərpası iki üsulla reallaşdırılacaq: Əməliyyat sisteminin bulud servisdən yenidən yazılması və ilkin ayarların əldə olunması üçün lokal quraşdırılma. Texniki tərəf baxımından bu funksiya Apple şirkətinin macOS əməliyyat sistemindəki funksiyanı dublikasiya edəcək. Belə ki, macOS-də artıq əməliyyat sisteminin bərpa edilmə rejimində internetdən yüklənməsi funksiyası reallaşdırılıb. MacOS-də həmçinin Time Machine funksiyası vasitəsilə istifadəçi fayllarına sahib şəkildə də əməliyyat sistemini bərpa etmək mümkündür. Microsoft-un bu funksiyanı inteqrasiya edib-etməyəcəyi bilinmir.
    Linki kopyala