TabNine adlı süni zəka yazılan kodu proqramçının yerinə sona çatdırır (VİDEO)

TabNine adlı süni zəka yazılan kodu proqramçının yerinə sona çatdırır (VİDEO)

Code-News
29.07.2019 PAYLAŞIM



    Biz artıq istifadəçilər tərəfindən yazılmış hansısa sözü tamamlayan avtomatik mətn redaktorlarına öyrəşmişik. Lakin indi həmin prosesi proqramçılar öz kodlarına da tətbiq edə bilərlər. Belə ki, TabNine adlı alət proqramçı tərəfindən yazılmış kod əsasında həmin kodun növbəti elementini təklif edir. Bu barədə The Next Web saytına istinadən Hightech.plus saytı xəbər verib. TabNine alətindən istifadə etmək üçün onu sadəcə olaraq hal hazırda mövcud olan redaktorlardan birinə inteqrasiya etmək lazımdır.


    Bu alət Python, JavaScript, Java, C++, C, PHP, Go, C#, Ruby, Objective-C, Rust, Swift də daxil olmaqla 22 proqramlaşdırma dilini dəstəkləyir. TabNine alətinin yaradıcısı olan tərtibatçı Jacob Jackson-un sözlərinə əsasən sözügedən alqoritmin əsasında OpenAI təşkilatının GPT-2 təbii dilinin emal sistemi dayanır. Sözügedən süni zəka sisteminin öyrədilməsi üçün 2 milyondan çox GitHub faylı istifadə olunub.


    Varolan kod sətrinin emal olunması zamanı TabNine həmin sətrin yekunlaşdırılması üçün olan mümkün variantı öz geniş təcrübəsi əsasında təqdim edir. Hal hazırda TabNine beta test mərhələsindən keçir. Həmin beta test mərhələsinə bu link vasitəsilə qoşulmaq olar. Tərtibatçılar həmçinin alqoritmin kompakt versiyası üzərində də çalışırlar. Həmin kompakt versiya adi kompüterlərdə çalışmaq üçün nəzərdə tutulub. Bununla yanaşı alqoritmin korporativ versiyası da hazırlanır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


StackOverflow-dakı ən məşhur Java kod nümunəsi səhv imiş

StackOverflow-da qeyd edilmiş ən məşhur Java kod nümunəsi müəyyən şərtlərdə düzgün olmayan nəticələr..


PyPl Python paketlər kataloqunda iki zərərli kitabxana aşkar edilib

PyPl (Python Package Index) adlı Python paketləri kataloqunda python3-dateutil və jellyfish adlı zər..


Microsoft, Rust əsasında yeni proqramlaşdırma dilini inkişaf etdirir

Microsoft şirkəti Verona adlı təcrübi layihə çərçivəsində Rust proqramlaşdırma dilinin əsasında hazı..


Linux-da istifadə olunan aparat təminatı tendensiyaları

 Linux-Hardware.org layihəsi son 5 ildə Linux-da işlədilən təchizatların statistikasını təqdim edib...


Firefox Nightly-də istifadəçinin identifikasiyası üzrə gizli üsulların bloklanma..

Firefox Nightly-də istifadəçilərin gizli identifikasiyalar (browser fingerprinting) vasitəilə izlənm..


Roboto adlı botnet zəif Webmin-li Linux serverlərinə hücumlar edir

Qihoo 360 Netlab mütəxəssisləri bu ilin yay fəslində ortaya çıxmış və Webmin-dəki boşluqdan istifadə..