Sadə tətbiqlərin müxtəlif proqramlaşdırma dillərindəki test nəticələri təqdim edilib
Digər
Code-News
09.12.2019
Farid Pardashunas
Assembler x86_64-də HeavyThing adlı azad kitabxananı reallaşdırmış müəllif Jeff Marrison “Assembler-də yazmaq nəyə görə lazımdır?” adlı video təqdim edib. Qeyd etmək lazımdır ki, o həmçinin TLS 1.2 və SSH2 protokollarının reallaşdırılmasını da təklif edir. Bu barədə Opennet.ru saytı xəbər verib. Müəllif tərəfindən təqdim edilmiş videoda 13 proqramlaşdırma dilində yazılmış sadə tətbiqin (“hello” çıxarışı) perf və strace adlı köməkçi kompüter proqramları vasitəsilə test nəticələri əks olunub.
Qeyd etmək lazımdır ki, bu testdə proqramlaşdırma dillərinin effektivliyi müqayisə edilmir. Bu testdə yerinə yetirilən obrazın yüklənməsinə və Assembler, C, C++, Go, Rust, Python 2, Perl, TCL, Java, PHP, NodeJS, Ruby, Bash dilləri üçün mühit reallaşdırılmasına sərf olunan güclər müqayisə edilir. Bundan əlavə olaraq videoda istifadə edilmiş nümunələri də artıq yükləmək olar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək