main-post-cover

    Perl 6 proqramlaşdırma dilinin adının Raku'ya dəyişdirilməsi təklifi qəbul edilib

    Digər
    Code-News
    12.10.2019
    Farid Pardashunas
        Perl proqramlaşdırma dilinin yaradıcısı Larry Wall, Perl 6-nın adının Raku-ya dəyişdirilməsi təklifini qəbul edib. Raku adı isə Perl 6-nın kompilyatoru olan Rakudo-dan götürülüb. Bu barədə Opennet.ru saytı xəbər verib. Tərtibatçılar artıq bu ada adət ediblər və o, axtarış sistemlərində digər layihələrdə üst-üstə düşmür. Qeyd etmək lazımdır ki, Perl 6-nın adının dəyişdirilməsi bu ilin avqust ayının əvvəlindən aktiv şəkildə müzakirə edilir.
        Sözügedən layihənin Perl 6 adı altında inkişaf etməsinin istənilməməsinin əsas səbəbi isə ondan ibarətdir ki, Perl 6 Perl 5-in davamçısı kimi təqdim olunmadı. Nəticədə o, tamamilə ayrı proqrmalaşdırma dilinə çevrildi. Beləliklə elə bir vəziyyət yarandı ki, Perl adı altında bir-birindən asılı olmayan və paralel inkişaf edən iki dil ortaya çıxdı.
        Bununla yanaşı onlar bir-biriləri ilə heç ilkin mətnlər səviyyəsində uyuşmurlar və hər bir dilin öz tərtibatçı kütləsi var. Bir-birindən tamamilə fərqlənən lakin eyni adı istifadə edən proqramlaşdırma dillərinin mövcudluğu isə öz növbəsində istifadəçilər arasında çaşqınlıq yaradır və onlar düşünürlər ki, Perl 6 sadəcə olaraq Perl proqramlaşdrma dilinin yeni versiyasıdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər