Microsoft şirkəti Cascadia Code adlı yeni açıq şrifti təqdim etdi

Microsoft şirkəti Cascadia Code adlı yeni açıq şrifti təqdim etdi

Code-News
20.09.2019 PAYLAŞIM

    Microsoft şirkəti Cascadia Code adlı açıq şrifti təqdim edib. Bu şrift terminalların və kod redaktorlarının emulyatorlarında çalışmaq üçün optimizasiya edilib. Bu barədə Opennet.ru saytı xəbər verib. Şriftin ilkin komponentləri OFL 1.1 (Open Font License) lisenziyası üzrə yayılırlar. Bu lisenziya isə öz növbəsində şrifti istənilən qədər təkmilləşdirməyə, onu kommersiya məqsədlərində, çap və veb sayt işlərində işlətməyə imkan verir.


    Şrifti yükləmək üçün TrueType (TTF) formatında fayl təqdim olunur. Şriftin növbəti yenilənməsində isə onu Windows Terminal-ın tərkibinə daxil edilməsi planlaşdırılır. Təqdim olunmuş yeni şriftin əsas özəllikləri arasında həmçinin artıq varolan simvolların kombinasiyaları vasitəsilə yeni glyph-lərin yaradılmasına imkan verən proqramlaşdırılan liqaturların dəstəyini qeyd etmək olar. Bu cür glyph-lər Visual Studio Code adlı açıq redaktorda dəstəklənir və kodun oxunması prosesini sadələşdirir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


2020-ci ildə məlumatların vizualizasiyası üçün aktual olacaq Top-8 JavaScript ki..

JavaScript-də məlumatları daha gözəl şəkildə təqdim etmək lazımdır?


Microsoft bu il olmuş qeyri adi fişinq kiberhücumlarından danışdı

Bir neçə müddət bundan öncə isə Microsoft şirkəti kiberhücumlar və malware-lar üzrə trendləri əks et..


Microsoft Windows-da 0-day boşluğu da daxil olmaqla 7 kritik sistem boşluğu arad..

Microsoft şirkəti bu ay təqdim etmiş olduğu yenilənmələr ilə öz sistemlərində 36 boşluğu aradan qald..


Microsoft Teams platformasının Linux versiyası təqdim edildi

Microsoft şirkəti Microsoft Teams platformasının Linux versiyasını təqdim edib.


OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilib

OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilərək aradan qaldrılıb.


Sadə tətbiqlərin müxtəlif proqramlaşdırma dillərindəki test nəticələri təqdim ed..

Assembler x86_64-də HeavyThing adlı azad kitabxananı reallaşdırmış müəllif Jeff Marrison “Assembler-..

×