Linux'un yeni versiyalarında nüvə təkmilləşdirilməsinə qarşı bloklayıcı funksiya tətbiq olunacaq
Digər
Code-News
30.09.2019
Farid Pardashunas
Uzun illər ərzində Linux əməliyyat sistemi tam müstəqil əməliyyat sistemi kimi tanınır. Belə ki, istifadəçilər sözügedən əməliyyat sisteminin istənilən komponentini dəyişə bilərlər. Lakin yaxın zamanda bu cür özəllik üumiyyətlə aradan qaldırıla bilər. Çoxlu sayda edilmiş müzakirələrdən və kod dəyişikliklərindən sonra Linux-un yaradıcısı olan Linus Torvalds bu əməliyyat sisteminin nüvəsi üçün bloklayıcı funksiyanı təyin edib. Bu bloklayıcı isə öz növbəsində hətta root imtiyazlarının olduğu halda da koda dəyişikliklərin əlavə edilməsini əngəlləyir.
Bu barədə Zdnet.com saytı xəbər verib. Yeni funksiyanın əsas məqsədi istifadəçi prosesləri ilə nüvə kodunu ayırmaqdır. Nüvə kodu ilə isə hətta root imtiyazlara sahib olan istifadəçilər də qarşılıqlı əlaqədə ola bilməyəcəklər. Tərtibatçıların fikirlərincə bu, təhlükəsiz yükləmə mexanizmini gücləndirəcək və yüksək imtiyazlı istifadəçi hesablarından istifadə edərək sistem yoluxmasının qarşısını alacaq.
Yeni modul iki bloklayıcı rejimi dəstəkləyəcək: Bütövlük və konfidensiallıq. Onlardan hər biri Linux nüvəsinin müxtəlif funsksiyalarına keçidi məhdudlaşdıracaq. Tərtibatçılar həmçinin nüvə təkmilləşdirilməsinə və distributivə xüsusi patchlar vasitəsilə məhdudlaşdırıcılar təyin edə biləcəklər. Bu cür mexanizmin ilkin vaxtlarda tənqid edilməsinə baxmayaraq Linus Torvalds əməliyyat sisteminin təhlükəsizliyinin qorunması üçün bu modulu təyin edib. Sözügedən təhlükəsizlik modulu Linux 5.4 nüvəsində istifadəyə veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)