main-post-cover

    Linux nüvəsində operativ yaddaş çatışmazlığı problemi hələ də yaşanır

    Digər
    Code-News
    07.08.2019
    Emil Nəcəfov

        Linux tərtibatçıları arasında Linux-un boş yaddaşının dolması ilə bağlı problem qaldırılıb. Bu problem uzun illərdir ki, bir çox insanları narahat edir və onu Linux nüvəsinin sonuncu versiyası olan Linux 5.2.6-da bir neçə dəqiqəyə yaşamaq olar. Bu barədə Opennet.ru saytı xəbər verib. Linux nüvəsinin bütün parametrləri ilkin vəziyyətdə olduqları kimi quraşdırılıb. Linux-dakı yaddaşın dolması problemini ortaya çıxardan addımlar:
    - “mem=4G” parametrindən yüklənmək lazımdır
    - Swap dəstəyini (sudo swapoff -a) deaktiv etmək lazımdır
    - Daha sonra istənilən brauzeri işə salmaq lazımdır (Chrome/Chromium və ya Firefox)
    - Saytlardan ibarət qovluqları işə salaraq operativ yaddaşın necə dolmasını izləyirik.
        Yeni qovluğun daha çox operativ yaddaş tələb etdiyi vəziyyətin yaranması zamanı sistem demək olar ki, donur. Siz hətta mouse işarəsini də güclə tərpədə biləcəksiniz. Sərt diskin indikatoru isə daynmadan yanıb-sönəcək. Bu halda siz yeni tətbiqləri işə sala və ya artıq işlədilən tətbiqləri bağlaya bilməyəcəksiniz. Bu kiçik krizis 1 dəqiqə və ya bir qədər çox davam edə bilər. Mən güman edirəm ki, sistem özünü bu cür aparmamalıdır. Bu cür donmaların qarşısını almaq üçün nələrsə etmək lazımdır.
        Mən demək olar əminəm ki, bu cür vəziyyətləri yaşamamaq üçün sysctl-ın bəzi parametrlərini dəyişmək lazımdır. Lakin məncə bu problemin həllini hamı üçün standart hala gətirmək lazımdır. Çünki texniki olmayan istifadəçi nəticə etibarilə Linux istifadəsindən imtina edə bilər. Reddit rəylərində bəzi istifadəçilər swap parametrini aktiv etməyi təklif edirlər.
        Lakin bu üsul problemi daha da dərinləşdirir. 4.20 nüvəsində ortaya çıxmış və 5.2 nüvəsində təkmilləşdirilmiş PSI altsistemi (Pressure Stall Information) bu problemin həlli kimi gələcəkdə əlavə oluna bilər. Bu altsistem müxtəlif resursların (CPU, yaddaş və s.) əldə olunması üçün gözləmə müddətinin məlumatlarını analiz etməyə imkan verir. Bu altsistem həmçinin ilkin mərhələdə yaddaş çatışmazlığının, problemin mənbəsinin təyin olunması və vacib olmayan tətbiqlərin işlərinin bitirilməsi imkanını da verir.
    Linki kopyala