main-post-cover

    Linux-da istifadə olunan aparat təminatı tendensiyaları

    Digər
    Code-News
    02.12.2019
    Emil Nəcəfov
        Linux-Hardware.org layihəsi son 5 ildə Linux-da işlədilən təchizatların statistikasını təqdim edib. Bu tədqiqatda hw-probe proqramı vasitəsilə son 5 ildə təchizat testlərini yükləmiş istifadəçilər iştirak ediblər. Tədqiqatların nəticələri 1 il bundan öncə Canonical şirkəti tərəfindən aparılmış Ubuntu User Statistics statistikasının ayrı-ayrı parametrləri ilə üst-üstə düşürlər. Bu barədə Opennet.ru saytı xəbər verib.
        Baxmayaraq ki, bir çox parametrlər üzrə Canonical və Linux-Hardware.org statistikaları öz aralarında 10%-lik göstərici ilə fərlqənirlər, ayrı-ayrı parametrlərdə nəzərə çarpacaq fərqlər mövcuddur. Məsələn Linux-Hardware.org məlumatlarına əsasən 32bit-lik Ubuntu yüklənməsinin göstəricisi 8% (Canonical-a görə 2%), bir GPU-nun işlədilməsi 80% halda (Canonical-a əsasən 94% halda), 72% halda isə işlədilən monitorların PPI göstəriciləri 120-dən aşağı (Canonical-a görə 33%) təşkil edib.
        Linux-Hardware.org-un Canonical nəticələrindən əsas fərqi ondan ibarətdir ki, Linux-Hardware.org-da statistikada iştirak edən hər bir kompüterin dəqiq göstəricilərinə, çoxlu sayda təchizat parametrlərinə, əməliyyat sisteminə və dəstəklənən bütün Linux distributivlərinə baxmaq olar. Hər bir statistika səhifəsində zaman üzrə həm dairəvi həm də xətti diaqramlar var. Həmin diaqramlara baxaraq istifadəçilərin müəyyən zaman ərzində tərcihlərinin necə dəyişmələrini izləmək olar. 
    Linki kopyala