Google Chrome ləng və sürətli yüklənən saytları təyin edə biləcək

Google Chrome ləng və sürətli yüklənən saytları təyin edə biləcək

Code-News
12.11.2019 PAYLAŞIM

    San Fransiskoda keçirilən Chrome Dev adlı sammit çərçivəsində Google şirkətinin mühəndisləri bildiriblər ki, gələcəkdə Chrome-da xüsusi indikatorlar yaradacaqlar. Həmin indikatorlar vasitəsilə istifadəçilər ləng və ya sürətli çalışan saytda olduqlarını anlayacaqlar. Bu barədə Xakep.ru saytı xəbər verib. Mühəndislər başa salıblar ki, bu üsul ilə onlar daha sürətli və performanslı veb yaratmaq niyyətindədirlər.

    Bundan əlavə olaraq onlar istifadəçiyə bu və ya digər saytın çalışma sürətini qiymətləndirmə imkanını vermək istəyirlər. Bu səbəbdən gələcəkdə Chrome brauzeri çox güman ki, bu və ya digər saytı yüklənmə sürətinə görə qiymətləndirəcək və nəticəyə uyğun olaraq saytı müəyyən indikator ilə işarələyəcək. Bu cür indikatorlar saytın real zamanda sürətini təyin etməyəcək. Lakin saytın əvvəlki yüklənmə problemlərini nəzərə alaraq öz sistemində saxlayacaqlar.

    Bundan əlavə olaraq Chrome müəyyən istifadəçi üçün səhifənin sürətli yüklənib-yüklənməməsini də nəzərə alacaq. Bu halda istifadəçinin istifadə etdiyi cihaz və ya internet şəbəkəsi böyük rol oynayacaq. Şirkət həmçinin bu cür indikatorların gələcəkdə necə görünə biləcəyini də sərgiləyib. Fotodan da görmək olar ki, saytın ləng yüklənməsi halında istifadəçi bu barədə bildiriş əldə edəcək. Qeyd etmək lazımdır ki, bu yenilik hələ ilkin hazırlanma mərhələsindədir və gələcəkdə şirkətin planları dəyişə bilər.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilib

OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilərək aradan qaldrılıb.


Sadə tətbiqlərin müxtəlif proqramlaşdırma dillərindəki test nəticələri təqdim ed..

Assembler x86_64-də HeavyThing adlı azad kitabxananı reallaşdırmış müəllif Jeff Marrison “Assembler-..


StackOverflow-dakı ən məşhur Java kod nümunəsi səhv imiş

StackOverflow-da qeyd edilmiş ən məşhur Java kod nümunəsi müəyyən şərtlərdə düzgün olmayan nəticələr..


PyPl Python paketlər kataloqunda iki zərərli kitabxana aşkar edilib

PyPl (Python Package Index) adlı Python paketləri kataloqunda python3-dateutil və jellyfish adlı zər..


Microsoft, Rust əsasında yeni proqramlaşdırma dilini inkişaf etdirir

Microsoft şirkəti Verona adlı təcrübi layihə çərçivəsində Rust proqramlaşdırma dilinin əsasında hazı..


Linux-da istifadə olunan aparat təminatı tendensiyaları

 Linux-Hardware.org layihəsi son 5 ildə Linux-da işlədilən təchizatların statistikasını təqdim edib...