main-post-cover

    GitHub Pull Panda servisini aldı

    Digər
    Code-News
    19.06.2019
    Emil Nəcəfov


        Məşhur GitHub servisi Pull Panda adlı startapı aldı. Bu startap hazırlanma mərhələsində kodun yoxlanılması alətlərini inkişaf etdirir. Bu barədə Vc.ru saytı xəbər verib. Pull Panda-nın hansı qiymətə alınması barəsində məlumat verilmir. GitHub-ın sözügedən startapı almasından sonra onun bütün alətləri GitHub istifadəçilərinin hamısına pulsuz şəkildə təqdim olundu. Pull Panda 3 servisi təqdim edir:
    - Pull Reminders hansısa tərtibatçının həmkarına kodun yoxlanılması lazım olan zaman həmin tərtibatçıya avtomatik bildiriş göndərir
    - Pull Analytics real zaman ərzində komandanın iş prosesini izləyir və onu düzəltmə imkanını verir
    - Pull Assigner kodun yoxlanılması üçün komanda iştirakçıları arasında avtomatik şəkildə həmin kodu yayır.
        Bu ayın ortasına kimi olan göstəricilərə əsasən Pull Panda-nın məhsullarından mindən çox şirkət istifadə edir. Onların arasında WeWork, Pivotal SoftwareInstacar kimi şirkətlər var. Microsoft şirkəti bildirib ki, o, Pull Panda alətlərini GitHub-a inteqrasiya etməyi planlaşdırır. Lakin bunun nə zaman olacağı barəsində bir məlumat verilməyib. Qeyd etmək lazımdır ki, keçən il Microsoft şirkəti GitHub-ı 7.5 milyard dollara almışdı.
    Linki kopyala