Firefox Nightly-də istifadəçinin identifikasiyası üzrə gizli üsulların bloklanması aktivləşdirilib
Digər
Code-News
27.11.2019
Farid Pardashunas
Firefox Nightly-də istifadəçilərin gizli identifikasiyalar (browser fingerprinting) vasitəilə izlənməsindən qorunma funksiyası standart həll kimi aktivləşdirilib. Bu funksiya öz növbəsində 7 yanvar tarixində işıq üzü görəcək Firefox 72-nin əsasına inteqrasiya ediləcək. Gizli izlənmədən qorunma funksiyası arzu olunmaz kontentin bloklanması üzrə olan standart rejimdə aktivləşdirilib və gizli identifikasiya üçün istifadə olunan skriptlərə sahib hostları özündə birləşdirən Disconnect.me siyahısındakı əlavə kateqoriyalar üzrə reallaşdırılır. Bu barədə Opennet.ru saytı xəbər verib. Gizli identifikasiya dedikdə isə informasiyanın mütəmadi şəkildə saxlanması üçün nəzərdə tutulmamış sahələrdə (Supercookies) identifikatorların saxlanması və dolayı məlumatların əsasında identifikatorların generasiyası nəzərdə tutulur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ