main-post-cover

    Canonical'ın GitHub hesabı hack olunub

    Digər
    Code-News
    08.07.2019
    Farid Pardashunas


        Ubuntu Linux ilə Canonical-ın yaradıcıları olan tərtibatçılar bildiriblər ki, Canonical Ltd.-nin GitHub hesabı hack olunub. Məlum olub ki, kiberhücum keçən həftənin şənbə günü baş verib. Bu barədə Xakep.ru saytı xəbər verib. Kimliyi bilinməyən şəxs CAN_GOT_HAXXD_10 adlı bir neçə boş repozitoriy yaradıb. Həmin repozitoriyaları istifadəçilər ilə yanaşı tərtibatçılar da tez bir zamanda aşkar ediblər. Rəsmi açıqlamaya əsasən GitHub-da olan Canonical Ltd. hesabının məlumatları hack olunub. Hesab isə GitHub-dan artıq silinib.

        Bu hadisə ilə bağlı istintaq hələ sonlanmasa da məlumatda qeyd olunub ki, ilkin araşdırmalara əsasən bu kiberhücum özəl məlumatlara və kodlara təsir etməyib. Bundan əlavə olaraq tərtibatçılar qeyd ediblər ki, Ubuntu yenilənmələri ilə dəstəyinin reallaşdırıldığı Launchpad infrastrukturu da GitHub-da deaktiv edilib və o da heç bir zərər görməyib. Görünür, bu kiberhücum sadəcə olaraq zərər vermək niyyəti ilə edilib. Əgər hackerlər Canonical-ın məhsullarına zərərli kod yerləşdirmək istəsəydilər çətin ki, boş repozitoriyalar yaratmaqla diqqəti cəlb etmək istəyərdilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər