'Young Lions Azerbaijan' yaradıcılıq müsabiqəsi üçün qeydiyyat başladı

'Young Lions Azerbaijan' yaradıcılıq müsabiqəsi üçün qeydiyyat başladı

Cannes Lions
02.03.2020 PAYLAŞIM

    Ötən günlərdə Young Lions beynəlxalq yaradıcılıq müsabiqəsinin Azərbaycan seçim mərhələsinin baş tutacağı ilə bağlı məlumat vermişdik. Bugündən etibarən isə Print Film kateqoriyaları olmaqla 2 istiqamətdə Young Lions Azərbaycanın qeydiyyat prosesinə start verildi. Qeydiyyat Young Lions Azərbaycanın rəsmi saytı olan https://www.canneslions.az ünvanında aparılır.

    Saytdan iştirakçılar komanda şəklində Print və Film kateqoriyası üzrə qeydiyyatlarını tamamlaya bilərlər. 3 Apreldə başa çatması planlaşdırılan qeydiyyat prosesindən sonra onlayn qeydiyyatdan seçilmiş komandalar brif (görüləcək işin təsviri) məlumatları əldə edəcəklər. Qeyd edək ki, verilən brif üzrə nəzərdə tutulan işin hazırlanması üçün Print kateqoriyası iştirakçılarının 24, Film kateqoriyası iştirakçılarının isə 48 saat vaxtı olacaq.

Bənzər xəbər


    Beynəlxalq tərkibli münsiflərin heyyətinin qərarı əsasında seçiləcək 2 komanda (4 nəfər) Azərbaycan üzrə Young Lions yarışının ölkə qalibi elan olunacaq. Bu tədbirin 25 Aprel tarixində Muğam Mərkəzində həyata keçirilməsi planlaşdırılıb. Qalib komandalar Topaz-ın dəstəyi ilə ölkəmizi qlobal arenada təmsil etmək üçün İyun ayında Fransanın Kann şəhərinə yollanacaqlar. Seçilmişlər eyni qaydada Cannes Lions reklam və marketinq festivalının gənclər üçün qolu Young Lions müsabiqəsində Azərbaycanı təmsil edəcəklər. Qeyd edək ki, iştirakçıların bütün xərcləri tədbirin lokal tərəfdaşı Topaz tərəfindən qarşılacaq. 

    Young Lions Azərbaycan müsabiqəsi, şərtləri və tədbirin planları haqqında daha detallı məlumat əldə etmək üçün tədbirin rəsmi saytına keçid edə bilərsiniz.



DAHA ÇOX


'Cannes Lions' Beynəlxalq Yaradıcılıq Festivalı son mükafat təqdimatı ilə başa ç..

Mükafat mərasimində layihələr 'Film', 'Glass: The Lion for Change', 'Sustainable Development Goals' ..


“Kann Şir”ləri öz sahiblərini tapmağa davam edir

Festivalın 4-cü günündə 'Brand Experience & Activation', 'Creative Business Transformation', 'Cr..


Yaradıcılıq festivalının 3-cü günü də həyəcan və maraq dolu keçdi!

'Cannes Lions' Beynəlxalq Yaradıcılıq Festivalı 3-cü gününü 'Creative B2B Lions', 'Creative Data Lio..


Yaradıcılıq həftəsinin ikinci günündən mükafatlar var!

'Entertainment', 'Design', 'Digital Craft', 'Film Craft' və 'Industry Craft' üzrə 'Grand Prix' sahi..


'Cannes Lions'da ilk qaliblər, 1 gündə 2 'Grand Prix'ni sahiblənənlər, ölkələrin..

'Cannes Lions' Beynəlxalq Yaradıcılıq Festivalı yaradıcılığı qeyd etmək, sənaye liderlərini və gənc ..


'Young Lions' üçün lokal seçimlər başladı - Cannes Lions 2022

Hər il Fransada keçirilən Cannes Lions bu il yenidən doğma şəhəri olan Kann-a qayıdır.

×