Technote Cannes Lions 2019 üçün Fransadadır

Technote Cannes Lions 2019 üçün Fransadadır

Cannes Lions
16.06.2019 PAYLAŞIM

    Hər il Marketinq və Reklam dünyasının əsas tədbiri olan Cannes Lions ənənəsinə sadiq qalaraq bu il də Fransanın Kann şəhərində 66-cı dəfə keçirilir. Bütün dünyadan ən iri markaların, texnologiya şirkətlərinin və reklam agentliklərinin qatıldığı bu tədbir özünün məşhur Qızıl Şir mükafatları ilə Kann şəhərinin ən öndə gələn qlobal tədbirlərindən biri hesab olunur. Reklam və marketinq dünyasının oskar mükafatları isə 4 gün ard-arda baş tutacaq mükafatlandırma gecələrində sahiblərinə təqdim olunacaq.     

    Cannes Lions ümumilləklə böyük konfranslar, mükafatlandırma gecələri və dənizqırağı əyləncə zonaları ilə qonaqlara bütövlükdə tam bir festival həyacanı yaşadır. 17 İyun tarixindən etibarən start götürən tədbir 21 İyun keçiriləcək sonuncu mükafatlandırma gecəsi ilə işini yekunlaşdıracaq. Bu müddət ərzində iştirakçıları 100-lərlə spikerin çıxışı, qapalı təbdirlər və dənizqırağı "meetup"lar gözləyir. Spikerlər arasında bu il önə çıxan şəxslərin adları artıq məlumdur.

Bənzər xəbər


            Bu məşhur tədbirdə baş verən hadisələri işıqlandırmaq üçün ardıcıl ikinci dəfə komandamız Kann şəhərinə səfər edir. Bu il keçirilməsi planlaşdırılan 66-cı Cannes Lions üçün isə Technote MediaCannes Lions Azərbaycan komandası artıq Fransanın Kann şəhərindədir. Əlavə olaraq qeyd edək ki, bu il ilk dəfə media komandamızdan əlavə Azərbaycan yerli təmsilçilik səviyyəsində bu tədbirdə iştirak edir. Tədbir boyunca ən son video reportajları Kanndan sizə çatdıracaq komandamızın bu səfər üçün əsas dəstəkçisi və yayım sponsoru Azercell şirkətidir. 



DAHA ÇOX


'Young Lions' üçün lokal seçimlər başladı - Cannes Lions 2022

Hər il Fransada keçirilən Cannes Lions bu il yenidən doğma şəhəri olan Kann-a qayıdır.


'Young Lions Azerbaijan' yaradıcılıq müsabiqəsi üçün qeydiyyat başladı

Azərbaycan 2020-ci ildə Fransanın Kann şəhərində keçirilən Young Lions Competition yarışının finalın..


Cannes Lions-da sonuncu mükafatlandırma gecəsi bugün baş tutacaq

5 gündür davam Cannes Lions 2019 marketinq və reklam festivalı bu axşam baş tutacaq sonuncu mükafatl..


Cannes Lions-da Innovasiya, Mobil, Radio və Audio kateqoriyalarının ən yaxşı işl..

Cannes Lions 2019-un 4-cü mükafatlandırma gecəsində daha 6 kateqoriya üzrə Grand Prix sahibləri məlu..


Cannes Lions-da bu axşam daha 6 kateqroiya üzrə qaliblər müəyyən olunacaq

Bu il sayca 66-cısı təşkil olunan Cannes Lions-ın artıq 4-cü günündəyik. Bir çox əsas və maraq doğur..


Cannes Lions -da PR, Social Influenser və Media kateqoriyalarında mükafat sahibl..

Cannes Lions 2019-un 3-cü mükafatlandırma gecəsində daha 6 kateqoriya üzrə Grand Prix sahibləri məlu..

×