main-post-cover

    Endorphin-dən Ersan Karataş Cannes Lions 2019-la bağlı təxminlərini bölüşür

    Digər
    Cannes Lions
    20.06.2019
    Farid Pardashunas
        Bu ilin İyun ayında hər il olduğu kimi marketinq və reklam dünyasının gözü yenidən Cannes Lions festivalında olacaq. 17-21 İyun tarixlərində Fransanın Kann şəhərində keçirilən və artıq ənənə halını almış bu qlobal yarışa bütün dünyadan olan brendlər hazırdır. Fərqli kateqoriyalar üzrə keçirilən brendlərin yarışında bütün dünyadan olan reklam fikirləri, ideyalar, reklam filmləri, sosial çarxlar və kreativ işlər yarışır. Qızıl Şir uğrunda mübarizəyə brendlərlə yanaşı ən böyük agentliklər və reklam şəbəkələri də qoşulur.
        Ötən il olduğu kimi bu il də populyar və bir o qədər də maraqlı festivaldan anban məlumatları video və bloq şəklində elə yerindəcə Kanndan sizinlə bölüşməyi planlamışıq. Cannes Lions-dan olacaq yayımlarımızın əsas dəstəkçisi isə Azercell-dir. Hər kəsin xüsususən reklam və marketinq dünyasının həyacanla gözlədiyi əsas mükafatların sahibi hansı işlər olacaq?
        Biz də Technote olaraq bu sualdan yola çıxaraq yerli agentlik rəhbərlərindən və kreativ direktorlardan Cannes Lions 2019 üçün təxminlər seriyalı məqalələr hazırlamaq qərarına gəldik və bunlardan ilkini sizinlə bölüşürük.
        Endorphin Reklam Agentliyinin Kreativ Direktoru Ersan Karataş öz təxminləri Technote.az-a açıqlamsında bildirib.
       1 — Axos Bank – Don’t get robbed by your bank Agency: Cutwater
        Belə işləri çox sevdiyim üçün birinci yazdım. Reklamın insanlara nələrsə hiss etdirməsini sevirəm. Bu əyləncə ola bilər, həyəcan ola bilər, qorxu ola bilər. Bu iş çox güldürür və mesajını cəsur bir şəkildə çatdırır. Cəsur deyirəm, çünki “oğurluq” kimi bank üçün çox təhlükəli olan bir mövzunu möhtəşəm şəkildə göstəriblər. Kaş bu reklamı mən yazmış olaydım 

    2 — Burger King – Whopper Detour
    Agentlik: FCB New York 
        Burger King-in reklam strategiyası artıq tamamilə trollamaq üzərində qurulub. Bu işdə də insanlara McDonalds-a get, sifarişini ver, Whopper-ı 5 cent-ə al deyirlər. Bu, Whopper-dan daha ləzzətli bir işdir. McDonalds-ın cool tərzinin yanında ona həmişə lağ-lağı etməyə çalışan dəcəl Burger King-in olmağı işi daha da əyləncəli edir. Onsuz da Burger King-in reklam işlərinin başındakı Fernando Machado bu işdə olduğu müddətcə bu kimi çox möhtəşəm kampaniyalar görəcəyik.
    3 — National Geographic – Planet or Plastic
    Agentlik: National Geographic Creative Team, São Paulo
        Möhtəşəm bir insight və birbaşa adamı cəlb edir! Sadə bir fikir kimi görünsə də, effektiv olmağı xoşuma gəldi. National Geographic-in işləri hər zaman təsirli olur, amma bunun təbiiliyi məni daha çox cəlb etdi. Plastik şeylərin zərərləri üçün əla bir metafora düşünüblər.

     The Ugliest News of the Year – Helsingin Sanomat
    Agentlik: TBWA/Helsinki
        Hamının bildiyi gülməli və çirkin yeni il sviterləri var. TBWA/Helsinki o sviterləri alıb, dünyanın çirkinlikləri ilə adaptasiya edib, ortalığa da belə bir iş çıxarıb. Həyata fərqli şəkildə yanaşan işlər xoşuma gəlir.
    5 — Bullying Emma – Stomp Out Bullying
    Agentlik: Grey New York
        Bullying-ə məruz qalanda isinən bir prosessor düşünün. Adı Emma. Bir süni intellek proyekti. Bu işi seçməyimin əsas səbəbi Azərbaycanda son dövrlərdə Bullying mövzusunda çox pis hadisələrlə qarşılaşmağımdır. Bu sadəcə ölkəmizə aid yox, bütün dünya üçün problemdir. Əgər Emma bu problemi həll etmək üçün kiçik bir addım atırsa, sona qədər dəstək verirəm! STOP BULLYING!
    Qeyd edək ki, tədbir boyunca ən son video reportajları və xəbərləri Kanndan sizə çatdıracaq komandamızın bu səfər üçün əsas dəstəkçisi və yayım sponsoru Azercell şirkətidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər