main-post-cover

    Daha 5 kateqoriya üzrə 'Cannes Lions 2018'in qalibləri müəyyən oldu [Grand Prix]

    Digər
    Cannes Lions
    20.06.2018
    Farid Pardashunas
    BirBank və Technote "Cannes Lions 2018"dən təqdim edir.
        "Cannes Lions 2018" Yaradıcılıq festivalında artıq 3-cü gün yaşanır. Dünən axşam baş tutan mükafatlandırma tədbirində daha 5 kateqoriya üzrə "Grand Prix" sahibləri məlum oldu. "Design", "Outdoor", "Mobile", "Radio and Audio" və "Print and Publishing" kateqoriyalarında əsas mükafatlar təqdim olundu. Bürünc, gümüş və qızıl aslan mükafatlarının təqdim olunduğu tədbirdə əsas mükafat "Grand Prix" hesab olunur. Uyğun kateqoriyalar üzrə "Grand Prix" sahibləri aşağıdakı işlər oldu:
    "Design" kateqoriyası üzrə "Grand Prix" mükafatı:
    Müştəri: PLASTIC OCEANS/LADBIBLE
    Agentlik: AMVBBDO, London
    Məhsul: PLASTIC OCEANS/LADBIBLE
    "Outdoor" kateqroiyası üzrə "Grand Prix" mükafatı:
    Müştəri: MCDONALD'S RESTAURANTS OF CANADA LIMITED
    Agentlik: COSSETTE, Toronto / MCDONALD'S, Toronto
    Məhsul: MCDONALD'S RESTAURANTS OF CANADA LIMITED
    "Mobile" kateqoriyası üzrə "Grand Prix" mükafatı:
    Müştəri: RECLAME AQUI
    Agentlik: GREY BRAZIL, São Paulo
    Məhsul: VIGIE AQUI
    "Radio and Audio" kateqoriyası üzrə "Grand Prix" mükafatı:
    Müştəri: AB-INBEV AFRICA
    Agentlik: OGILVY CAPE TOWN
    Məhsul: CARLING BLACK LABEL - ANTI WOMEN ABUSE INITIATIVE
    "Print and Publishing" kateqoriyası üzrə "Grand Prix" mükafatı:
    Müştəri: AB INBEV
    Agentlik: AFRICA, São Paulo
    Məhsul: BUDWEISER
         "Cannes Lions" səfərimizin əsas tərəfadaşı "BirBank" mobil əlavəsidir. Ölkədə bankçılıq sektorunda innovativ həllər təqdim edən, eyni zamanda marketinq, reklam və kommunikasiya sahəsində kifayət qədər işlər görən Kapital Bank-ın yeni məhsulu olan "BirBank" əlavəsi, istər bank istərsə də qeyri-bank müştərilərinə banka getmədən bir çox əməliyyatları mobil tətbiq vasitəsilə həll etmək imkanını verir. Tətbiqi iOS və Android mağazalarından aşağıdakı linklər vasitəsilə yükləyə bilərsiniz.
    BirBank Android      |      BirBank iOS
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər