main-post-cover

    'Cannes Lions'un son günündə 6 kateqoriya üzrə 'Grand Prix' sahibləri məlum olub

    Digər
    Cannes Lions
    23.06.2018
    Farid Pardashunas
    BirBank və Technote 'Cannes Lions'dan təqdim edir.
        Dünən baş tutan sonuncu mükafatlandırma mərasimi ilə sayca 65-ci dəfə keçirilən "Cannes Lions 2018" Yaradıcılıq Festivalı işini yekunlaşdırdı. Fransanın Kann şəhərində keçirilən tədbirin sonuncu qala gecəsində daha 6 kateqoriya üzrə son "Grand Prix" sahiblərinin adları açıqlandı. Mükafatlandırma mərasimində "Glass: The Lion for Change", "Titanium", "Film", "Creative Effectiveness", "Sustainable Development Goals", "Grand Prix for Good" kateqoriyalarında mükafatlar təqdim olundu. Qalib işlər ilə sizləri tanış edirik:

     "Glass: The Lion for Change" kateqoriyası üzrə "Grand Prix" mükafatı:
    Müştəri: ESSITY
    Agentlik: AMVBBDO, London
    Məhsul: LIBRESSE/BODYFORM

    "Titanium" kateqoriyası üzrə "Grand Prix" mükafatı:
    Müştəri: PALAU LEGACY PROJECT
    Agentlik: HOST/HAVAS, Sydney
    Məhsul: PALAU

    "Film" kateqoriyası üzrə "Grand Prix" mükafatı:
    Müştəri: PROCTER & GAMBLE
    Agentlik: PROCTER & GAMBLE, Cincinnati / SAATCHI & SAATCHI, New York
    Məhsul: TIDE
    Bu kateqoriyada növbəti "Grand Prix":
    Müştəri: P&G
    Agentlik: BBDO NEW YORK
    Məhsul: P&G

    "Creative Effectiveness" kateqoriyası üzrə "Grand Prix" mükafatı:
    Müştəri: ITC
    Agentlik: OGILVY MUMBAI
    Məhsul: SAVLON

    "Sustainable Development Goals" kateqoriyası üzrə "Grand Prix" mükafatı:
    Müştəri: PALAU LEGACY PROJECT
    Agentlik: HOST/HAVAS, Sydney
    Məhsul: PALAU

    "Grand Prix for Good" kateqoriyası üzrə "Grand Prix" mükafatı:
    Müştəri: THE ALS ASSOCIATION
    Agentlik: BWM DENTSU, Sydney
    Məhsul: CHARITY
        Beləliklə, bütün kateqoriyalar üzrə "Grand Prix" sahibləri məlum oldu və "Cannes Lions 2018" Yaradıcılıq Festivalı bağlanış tədbiri ilə yekunlaşdı.
         "Cannes Lions" səfərimizin əsas tərəfadaşı "BirBank" mobil əlavəsidir. Ölkədə bankçılıq sektorunda innovativ həllər təqdim edən, eyni zamanda marketinq, reklam və kommunikasiya sahəsində kifayət qədər işlər görən Kapital Bank-ın yeni məhsulu olan "BirBank" əlavəsi, istər bank istərsə də qeyri-bank müştərilərinə banka getmədən bir çox əməliyyatları mobil tətbiq vasitəsilə həll etmək imkanını verir. Tətbiqi iOS və Android mağazalarından aşağıdakı linklər vasitəsilə yükləyə bilərsiniz.
    BirBank Android      |      BirBank iOS
    Linki kopyala