Cannes Lions-da sonuncu mükafatlandırma gecəsi bugün baş tutacaq

21.06.2019 0 PAYLAŞIM 1529 OXUNMA

    5 gündür davam Cannes Lions 2019 marketinq və reklam festivalı bu axşam baş tutacaq sonuncu mükafatlandırma gecəsi ilə işini yekunlaşdıracaq. Bu axşam sayca 5-cisi baş tutacaq sonuncu qala gecəsində Glass: the Lion for Change, Titanium Lions, Film Lions, Sustainable Development Goal Lions, Cannes Lions Grand Prix for Good üzrə Grand Prix mükafatları təqdim olunacaq. 

    Qeyd edək ki, dünən baş tutan mükafatlandırma gecəsində isə Innovation Lios, Radio and Audio Lions, Mobile Lions, Creative Effectiveness Lions, Creative eCommerce Lions, Brand Experience and Activation Lions kateqoriyaları üzrə Grand Prix və Gold Lions sahibləri məlum olub. 

    Cannes Lions 2019-dan ən son məlumatları Cannes Lions üçün hazırlanmış xüsusi xəbər kateqoriyamızdan, video reportajları Technote Tv-dən izləyə bilərsiniz. Əlavə olaraq qeyd edək ki, komandamız Cannes Lions üçün Fransanın Kann şəhərindədir. Yayımlarımızın əsas dəstəkçisi isə Azercell şirkətidir.