'Cannes Lions 2018'də bugün nələr baş verəcək? [Günün Planı]

'Cannes Lions 2018'də bugün nələr baş verəcək? [Günün Planı]

Cannes Lions
18.06.2018 PAYLAŞIM

BirBank və Technote "Cannes Lions"dan təqdim edir.

    Sayca 65-ci dəfə keçirilən "Cannes Lions" yaradıcılıq festivalı bugün səhər saatlarından etibarən işinə başladı. 5 gün davam edəcək festivalın əsas mükafatlarını qazanmaq üçün şirkətlərin qısa listləri artıq açıqlanıb. Bakı vaxtı ilə 21:00-da baş tutacaq ilk mükafatlandırma tədbirində "Pharma Lions", "Young Lions Health Award", "Health & Wellness Lions", "Lions Health Grand Prix for Good" kateqoriyalarında ən yaradıcı reklam kampaniyaları və fikirləri yarışacaq. Uyğun kateqroiyalar üzrə yarışacaq brendlərin və agentliklərin "short list"ləri artıq açıqlanıb. Eyni zamanda bu axşam baş tutacaq mükafatlandırmada "Healthcare" sahəsində ən yaxşı reklam agentliyininən yaxşı şəbəkənin (Healthcare network of the Year) də adı məlum olacaq. Uyğun kateqoriyalar üzrə "Short list"ə qalan marka və agentliklərin siyahısı ilə aşağıdan tanış ola bilərsiniz.

"Health & Wellness Lions" shortlist 

"Pharma Lions" shortlist

    Mükafatlandırma ilə yanaşı "Cannes Lions" festivalı qlobal marka və brendləri bir araya gətirən ən önəmli tədbirlərdən biridir. Gün ərzində Apple, Microsoft, Google, Facebook, Twitter, IBM kimi şirkətlər mütəmadi "Workshop"lar və təqdimatlar təşkil edir. Az əvvəl baş tutan qapalı tədbirdə Microsoft uzun zamandır üzərində çalışdığı süni zəka tətbiqi "Seeing AI"-ı tədbir iştirakçılarına təqdim etdi. Xüsusilə, Apple, Adobe, Google, Microsoft kimi iri şirkətlərin təqdimatları əsasən süni zəkalar və blokchain texnologiyaları üzərində fokuslanır.    Qeyd edək ki, "Cannes Lions" festivalı marketinq və reklam dünyasının ən önəmli tədbirlərindən biri hesab olunur. Hər il Fransanın Kann şəhərində keçirilən bu tədbirdə qlobal markalar və agentliklər təmsil olunur. Bu il 40.000-dən çox ideya və reklam kampaniyasının qatıldığı festivalda növbəti 5 gün ərzində müxtəlif nominasiyalar üzrə "Grand Prix" sahibləri məlum olacaq. Bu möhtəşəm tədbirin media tərafdaşı olaraq önümüzdəki günlər ərzində baş verən ən son yeniliklər, qaliblər və mükafat qazanan ən yaxşı işləri sizlərə təqdim edəcəyik.

    "Cannes Lions" səfərimizin əsas tərəfadaşı "BirBank" mobil əlavəsidir. Ölkədə bankçılıq sektorunda innovativ həllər təqdim edən, eyni zamanda marketinq, reklam və kommunikasiya sahəsində kifayət qədər işlər görən Kapital Bank-ın yeni məhsulu olan "BirBank" əlavəsi, istər bank istərsə də qeyri-bank müştərilərinə banka getmədən bir çox əməliyyatları mobil tətbiq vasitəsilə həll etmək imkanını verir. Tətbiqi iOS və Android mağazalarından aşağıdakı linklər vasitəsilə yükləyə bilərsiniz.

BirBank Android      |      BirBank iOS



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Cannes Lions-da sonuncu mükafatlandırma gecəsi bugün baş tutacaq

5 gündür davam Cannes Lions 2019 marketinq və reklam festivalı bu axşam baş tutacaq sonuncu mükafatl..


Cannes Lions-da Innovasiya, Mobil, Radio və Audio kateqoriyalarının ən yaxşı işl..

Cannes Lions 2019-un 4-cü mükafatlandırma gecəsində daha 6 kateqoriya üzrə Grand Prix sahibləri məlu..


Cannes Lions-da bu axşam daha 6 kateqroiya üzrə qaliblər müəyyən olunacaq

Bu il sayca 66-cısı təşkil olunan Cannes Lions-ın artıq 4-cü günündəyik. Bir çox əsas və maraq doğur..


Cannes Lions -da PR, Social Influenser və Media kateqoriyalarında mükafat sahibl..

Cannes Lions 2019-un 3-cü mükafatlandırma gecəsində daha 6 kateqoriya üzrə Grand Prix sahibləri məlu..


Technote Cannes Lions 2019 üçün Fransadadır

Bu il sayca 66-cı dəfə təşkil olunan Cannes Lions 2019 sabahdan etibarən işinə başlayır


Endorphin-dən Ersan Karataş Cannes Lions 2019-la bağlı təxminlərini bölüşür..

Azərbaycan Reklam sektorunun görünməz adamları Cannes Lions 2019 təxminlərin bölüşür