main-post-cover

    Yuxu və onun mərhələlərinin elmdə izahı

    07.05.2017
    Farid Pardashunas
    Yuxular haqqında alimlər, filosoflar bir çox müzakirələr etmiş, araşdırmalar aparmışdılar. Lakin indiyə kimi yuxu haqqında tam dəqiq məlumat əldə edilməmişdir. Çikako Universitetinin yuxu üzre mütəxəssisi Allan Rechtschaffen sübut etmişdir ki, insanın yatdığı zaman bele beyni dincəlmir. İnsan bədəninin hücəyrələrinin insan oyaq olmadığı halda özünü bərpa etmə kimi qabiliyyəti vardır ve beləliklə insan yorğunluğu aradan qalxır.  İnsan yatarkən fiziki sabitlik yaranır. Yuxuda gördüklərimiz həddindən artıq tez bir zamanda baş verir. Bəzən bir film kimi gördüyümüz yuxular əslində bir o qədər də vaxt almır. Bunu biz sadəcə yuxudan durduqdan sonra fərz edə bilirik. Araşdırmalara göre ən uzun görülən yuxunun müddəti təxminən 90 saniyədir.
     
     
    Bu prosesi  insanın başının yorğun olduğu zaman və ya insanın gün ərzində düşündüyü,lakin cavab tapa bilmədiyi məsələlər ile bağlı yuxuda qarmaqarışıq və ya axtardığı çıxış yolunu görməsi kimi də izah etmək olar. Bu kimi yuxular sadəcə təsir altında olma səbəbi ilə görülür ve heç bir əhəmiyyəti yoxdur. Yuxu həmçinin bütün məməlilərdə,quşlarda və balıqlarda gözlənən təbii dincəlməkdir. Bu canlılar günlük işlərini həyata keçirmək üçün üçün yuxuya ehtiyacları var. Yuxunu şüursuzluq kimi qiymətləndirmək olmaz. İnsanlarda kifayət qədər yuxu alınmaması unutqanlıq,əsəb,depressiya,diqqət dağınıqlığı kimi problemlərə səbəb ola bilər. Yuxu insan ömrünün ən az 1/3 hissəsini alır. Yuxu 24 saatlıq dönəmdə təbii olaraq öz yerini alır və yaddaşın yenidən təzələnməsi və psixoloji yenilənmə üçün vacibdir. 

    Yuxu 2 hissədən ibarətdir. REM mərhələsi( Rapid Eye Movement- Sürətli Göz Hərəkəti) və NREM(Non-Rapid Eye Movement). Bu fazalar bildiyimiz kimi göz hərəklərimizə görə adlanır. Yuxu zamanında  müəyyən aralıqda gözlərimiz tez-tez qırpılmaya və göz yuvalarına doğru hərəkət etməyə başlayar. Bu REM adlanır. Digərində isə hərəkət baş vermir və NREM adlanır. Bu göz hərəkətinin spesifik olaraq tam və aydın səbəbi bilinmir. REM sırasında oyandırılan insanlar hardasa, həmişə o vaxt yuxu gördüklərini hiss edə bilirlər. Ümumiyyətlə, gözlər çox gümanki yuxunun təsiri ilə hərəkət edirlər,ancaq gözlər qapalı olduğu və duyğu orqanları deactiv'ə yaxın olduğundan bu mümkünsüzdür. Dəqiq səbəbi isə qeyd etdiyimiz kimi elm tərəfindən tam izah edilməyib.
     
    REM və NREM mərhələləri bir yuxu zamanında peropdik baş verən hadisədir. Yəni bədənimiz yuxu vaxtında REM ilə NREM mərhələləri arasına gedib gəlir. Ancaq REM mərhələsi, NREM mərhələsindən çox qısadır. NREM mərhələsi təxminən 90 dəqiqə ərzində baş verər və sonrasında bir REM mərhələsinə girər. Ancaq REM mərhələsi adətən 90 dəqiqə başverməz, lakin dəqiq vaxtı da bilinməz. Gecənin təxminən 75%-ni NREM mərhələsində keçiririk.
     
    Növbəti yazıda bu mərhələlər detallı şəkildə analiz ediləcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər