main-post-cover

    "Youtube"un insanlara təqdim etdiyi möhtəşəm məkan

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Dünyanın lider video paylaşım nəhəngi "Youtube", adi insanların belə istifadə edəcəyi yeni studiyasını təqdim edib. Londonda yerləşən bu gözəl məkanın adı YouTube Space-dir. Məkanın açılışında Marcus Butler, Niomi Smart, Casper Lee kimi məhşurlar da iştirak edib.

    Bir Youtuberə lazım olacaq bütün avadanlıqlar, işıq, səs,montaj, dinləmə və toplantı sahələrinin hamısı burda mövcuddur. Bu möhtəşəm məkandan müəyyən abunə sayına malik Youtuberlər asanlıqla istifadə edə bilərlər. Youtube Space-in içində prodüsserlərin yararlana biləcəyi, ticari anlaşma və görüşlər keçirə biləcəyi marketlər də yer almaqdadır. Burda səs sənətçiləri və qrup performanslarının çəkilişini həyata keçirmək üçün yüksək standartlı texniki avadanlıqlar mövcuddur.
    Londonda açılan bu möhtəşəm məkanda siz hətta bir çox görüntü -səs aparatları ilə də tanış ola bilərsiniz. Hətta səs və çəkiliş montajının yer aldığı studyalar da tapmaq mümkündür.


    "Google"ın verdiyi məlumata görə, YouTube Space-də 4K canlı yayım edə biləcəyiniz texniki dəstək belə istifadəyə verilib.
    Studyada hətta VR kimi cihazlara da yer verilib. Beləki, texniki cihazlar arasında HTC Vive kimi VR cihaz istifadəçilərə təqdim olunub.

    Youtube Space-də, istifadəçi Youtuberləri daha da cəsarətləndirmək və onların yaradıcı tərəflərini ortaya çıxarmaq üçün müxtəlif şüarlar yer alıb.
    Məkanda Youtuberlərin özlərini daha rahat hiss etmələri üçün də müxtəlif məkanlar mövcuddur. Burda hətta çəkilişdən yorulub, istirahət etmək istəyənlər üçün şəhər mənzərəli terraslar da mövcuddur.
    Xatırladaq ki, bu Youtube-un açdığı sayca 9-cu məkandır.


    Linki kopyala