main-post-cover

    Youtube\'dan fərqli olaraq arxa planda musiqi oxutmağa imkan verən 4 tətbiq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bildiyiniz kimi Youtube tətbiqində musiqiləri arxa planda oxutmaq mümkün deyil. Musiqiləri arxa planda oxutmaq üçün fərqli tətbiqlərdən istifadə edə bilərsiniz. Bir çox alternativ tətbiq arasından sizə Android telefonlarınızda problemsiz çalışan 4 fərqli arxa planda musiqi oxutma tətbiqi təklif edirik.
     
    OG YouTube
    OG YouTube üçün Çin malı YouTube desək yerinə düşərdi. Youtube hesabınızla giriş edərək bir növ YouTube tətbiqi kimi istifadə edəcəyiniz eyni zamanda yükləmə edə biləcəyiniz tətbiqdir. YouTube tətbiqindən fərqli olaraq arxa planda musiqi oxutmağa imkan verən tətbiqdir.
    Tətbiqi buradan yükləyə bilərsiniz.
     
    FireTube
    FireTube ilə Youtube videolarını arxa planda və ya telefonunuz kilidli olduğu zaman izləyə bilərsiniz. FireTube tətbiqini buradan yükləyə bilərsiniz.
     
    Tubemate - Youtube Mp3 Converter
    Tubemate - Youtube Mp3 Converter tətbiqi ilə arxa planda musiqi oxuda eyni zamanda Youtube və digər video saytlarından telefonunuza video və mp3 yükləyə bilərsiniz. Tətbiqi buradan yükləyə bilərsiniz.
     
    Wiper
    Əslində bir mesajlaşma tətbiqi olan Wiper sayəsində arxa planda musiqi oxuda bilərsiniz. Wiper ilə arxa planda musiqi oxutmaq üçün tətbiqin əsas səhifəsində "Daha Çox" sözünə klik edin, sonra "Musiqi" düyməsinə toxunun. Sağ üstdəki axtarış ikonundan istifadə edərək istədiyiniz mahnını tapa bilərsiniz. Wiper tətbiqini buradan yükləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər